Qüdrət Həsənquliyev: “Ədliyyə Nazirliyi dərhal müdaxilə etməli və həmin təşkilatların qeydiyyatı ləğv edilməldir”
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 34 məsələ daxil edilib.
Spikerin gündəliyə əlavə və təkliflərlə bağlı müzakirələrə zərurət olub-olmadığı barədə sualını deputatların sükutla qarşılaması səbəbindən cari məsələlərə vaxt ayrılmadan birbaşa gündəliyin müzakirəsinə keçildi.
“Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihəni Insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verdi. O bildirdi ki, dünyada baş verən hadisələr, xüsusilə də miqrasion situasiyanın kəskinləşməsi ilə əlaqədar qanuna dəyişikliklər edilməsi zərurəti ortaya çıxıb. Səsvermə ilə dəyişiklər qəbul edildi.
Deputat Rəfael Cəbrayılov çıxışında dedi ki, dəyişikliyə görə, Azərbaycana gəlmiş qaçqınlar qanunvericilikdən artıq ölkədə qalmaqda israrlı olarsa, o halda onların xüsusi məntəqələrdə yerləşdirilməsi məsələsi reallaşdırılacaq. R.Cəbrayılov bildirdi ki, əvvəlki layihədə Ombudsmana əvvəlcədən xəbərdarlıq etmədən istənilən dövlət qurumuna və məntəqələrə xəbərdarlıqsız daxil olmağa icazə verilirdisə, yeni düzəlişərdən sonra miqrantlarla bağlı məntəqələr də siyahıya əlavə olunur. O, müzakirəyə çxıarılan məsələnin Konstitusiya qanunu olduğu üçün deputatların 95-nin səsinin tələb olunduğunu da bildirdi. Qanuna dəyişiklik müzakirələrdən sonra qəbul edildi.
“Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliyi isə komitə sədri Rəbiyyət Aslanova təqdim etdi. Komitə sədri bildirdi ki, dəyişikliklər müvafiq komitənin dini ədəbiyyata nəzarətinə əlavə imkan yaradır.
Qüdrət Həsənquliyev çıxışında dedi ki, dini təşkilatların ikisi seçkiləri boykot edəcəyini bəyan edib. Deputat qanunverilcikdə dini təşkilatların siyasi proseslərə müdaxiləsini qadağan edən müddəaların olduğunu xatırlatdı: “Bu yaxınlarda mən dini ekspert kimi çıxış edən bir nəfərin, həmçinin narkomanlığa görə həbs edilmiş və türmədən yeni çıxmış digər birinin rəyini gördüm. Qanunvericiliyə zidd olaraq belə şəxslərin siyasi məsələlərə müdaxiləsinə görə Ədliyyə Nazirliyi dərhal müdaxilə etməli və həmin təşkilatların qeydiyyatı ləğv edilməldir”.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişikliyi nəzərdə tutan layihəyə dəyişiklik də qəbul edildi. Rəfael Cəbrayılov dedi ki, dini fəaliyyətlə məşğul olacaq təşkilatların dövlət qeydiyyatına alınmasın proseduru zamanı tələb olunan sənədlərin içərisində müvafiq icra hakimiyyəti orqanının rəyinin də olmasını zəruri edir.
Deputatlar “Müflisləşmə və iflas haqqında” Qanuna əlavə və dəyişiklikləri də təsdiqlədilər.
Deputat İlyas İsmayılov banklardan bəhs olunarkən Mərkəzi Bankın istisna olunmasını düzgün saymadı: “Mərkəzi Bank da bankdır da, niyə burada əksini tapmır?”
“İnvestisiya fondları haqqında” və “Banklar haqqın”da qanunlara dəyişikliklər də səsvermə ilə qəbul edildi.
musavat.com
E.PAŞASOY