“Avis” nurçulara xidmət edir?

8-10-2015, 22:24   
“Avis” nurçulara xidmət edir?
Fətullah Gülən və onun hərəkatına qarşı Türkiyədə və Azərbaycanda həyata keçirilən təxirəsalınmaz tədbirlərə baxmayaraq, Gülənin hərəkatına xidmət edən qüvvələr bitib-tükənmək bilmirlər.

Məluamta görə, Azərbaycanda gizli şəkildə bu hərəkata xidmət edən minlərlə məmur,yüzlərlə idarə-müəssisə rəhbərləri, müxtəlif peşənin sahibləri var. Baxmayaraq ki, “Gülən”hərəkatının müəyyən qol-qanadı hesab edilən şəxslər aşkara çıxarıldılar və vəzifələrdən uzaqlaşdırıldı,amma yenə də bu “Hizmət”ə xidmət edənlərin gizlində bu fəaliyyəti yürütdüyü bilinməkdədir.

Məlumata görə, Bakıda müxtəlif küçələrdə rast gəldiyimiz “AVİS” şirkətinin sahibi də “Gülən”hərəkatına xidmət edir və satılan dərimanlardan əldə olunan gəlirdən okianın otayına, Pensilvaniyaya Fətullah Gülənin xidmətinə göndərilir.

Vətəninfo.az-ın elektron ünvanına daxil olan məlumatda vurğulanır ki, illik gəliri milyon dolları keçən “AVİS”-in gəlirindən Azərbaycanda “Nurçu”ların maliyələşməsinə də az-çox pul ayrılır. Bu maliyələşmə uzun illər qorxmadan-çəkinmədən açıq-aşkar edilibsə, hazırda bu gizli şəkildə edilir. Məluamtda qeyd edilir ki, şirkətin sahibi Türkiyə vətəndaşı Mustafa Bet adlı şəxsdir və bu şəxsin Bakı şəhəri Səbail rayon badamdar qəsəbəsində iki böyük villası belə var. Məlumata görə, hazırda hər bir villanın qiyməti iki milyon dollardan artıqdır.

Redaksiyadan: Qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq./Veteninfo.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar