Gənclər və İdman Nazirliyinin elan etdiyi tenderləri hansı şirkətlər qazanır?

8-10-2015, 22:29   
Gənclər və İdman Nazirliyinin elan etdiyi tenderləri hansı şirkətlər qazanır?

Bu məsələdə İsmayıl İsmayılovun nə dərəcədə rolu var?

Gənclər və idman naziri Azad Rəhimovun sağ əli hesab olunan müavini İsmayıl İsmayılovun adı son zamanlar bir sıra xoşagəlməz məqamlarda hallanır. Belə ki, nazir müavininin bir sıra rəsmi tədbirlərdə çıxışı zamanı mətni üzündən oxuyarkən ciddi çətinliklə üzləşdiyini qeyd edən məlumatlı şəxs iddia edir ki, bu ilin yay aylarında ölkəmizdə keçirilən “Bakı-2015” İlk Avropa Oyunları zamanı İsmayıl İsmayılov üzərinə düşən işi lazımi səviyyədə icra edə bilməyib.

Müvafiq qurumlar məsələdən xəbər tutduqdan sonra gənclər və idman nazirinin müavininin buraxdığı səhvləri dərhal yoluna qoyduunu deyən mənbə bildirir ki, elə həmin vaxtdan İsmayıl İsmayılovun tutduğu postdan kənarlaşdırılması məsələsi “yuxarlar”ın gündəmindədir: “Bildiyiniz kimi, ölkəmiz İlk Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün əlindən gələni əsirgəmədi, bunun da nəticəsində sözügedən tədbir planlaşdırılmış qaydada başladı və yekunlaşdı. Yəni heç bir qüsur, problem qeydə alınmadı. Hər şey ən incə məqamlara kimi düşünüldüyündən ölkəmiz “Bakı-2015″i uğurla yola verə bildi. Lakin gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun buraxdığı səhvin qarşısı vaxtında alınmasaydı, o zaman tədbir bu cür möhtəşəm alınmayacaqdı. Yəni müvafiq qurumların vaxtında müdaxiləsi nəticəsində hər şey öz axarı ilə davam etdi. İlk öncə Gənclər və İdman Nazirliyinin rəsmiləri bunu gizlətməyə, ört-basdır etməyə çalışsalar da, buna nail ola bilmədilər. Sadəcə həmin dönəmdə mətbuat ölkənin maraqları naminə İsmayı İsmayılovun səhvini qabartmadı və olub-bitənlərin üzərindən sükutla keçdi. Ancaq indi hər şey arxada qalıb. Odur ki, artıq “yuxarılar” nazir müavininin üzərinə düşən işi lazımi səviyyədə icra etmədiyi üçün onun barəsində müvafiq ölçü götürməyi düşünür. Ehtimal olunur ki, bu, sonda İsmayıl İsmayılovun hazırda tutduğu postla vidalaşması ilə nəticələnə bilər”.yeniki.az

İsmayıl İsmayılovun Gənclər və İdman Nazirliyinin əsas fiqurlarından biri olduğunu və onun Azad Rəhimova bəzi məsələlərdə yaxından köməklik göstərdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, nazirliyin sifarişi ilə həyata keçirilən iri tikinti layihələrinin bir hissəsinə məhz nazir müavini nəzarət edir: “Deyilənlərə görə, nazirliyin elan etdiyi tenderləri əsasən İsmayıl İsmayılovla bu və digər formada bağlılığı olan şirkətlər qazanır. Belə ki, əgər bununla bağlı obyektiv araşdırma aparılsa, onda məlum olar ki, həm paytaxtdakı, həm də ölkənin digər şəhər və rayonlarındakı idman komplekslərinin əksəriyyətini məhz gənclər və idman nazirinin müavininə yaxın şirkətlər inşa edib. Elə buna görə də həmin komplekslərin bir çoxu yenicə tikilsə də, artıq bərbad vəziyyətə düşüb. Deyilənlərə görə, bunun səbəbi tikinti işlərinin keyfiyyətsiz şəkildə aparılması ilə bağlıdır”. Gənclər və İdman Nazirliyinin yerlərdəki idarələrinin böyük əksəriyyətinin İsmayı İsmayılovdan çəkindiyini bildirən mənbə qeyd edir ki, bunun əsas səbəbi kimin hara təyin olunacağını məhz nazir müavininin müəyyənləşdirməsidir: “Bununla yanaşı, o da deyilir ki, hazırda İsmayıl İsmayılovun həm Bakıda, həm də bölgələrdə mənzilləri, villaları və biznes strukturları mövcuddur. Hamıya bəllidir ki, bu gün idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Təbii, bunun üçün də hər il dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Lakin əfsus, həmin vəsaitin heç də hamısı ünvanına çatmır. Deyilənlərə görə, bu məsələdə də İsmayıl İsmayılovun müəyyən mənada rolu var. Belə ki, nazir müavini həmin vəsaitlərin təyinatı üzrə sərf olunmasına şərait yaratmaqda maraqlı deyil. Maraqlı məqam ondadır ki, Azad Rəhimovun bundan məlumatı olduğu halda, nədənsə İsmayıl İsmayılova irad tutmur. Görəsən, niyə?..”

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar