Mahir Abbaszadə: “Onsuzda bu dairəinin deputatı mənəm, səs versənz də, verməsəniz də. Amma yenə də Allah naminə bu yardımı edirəm”
121 saylı Laçın seçki dairəsindən namziəliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən “Zaminbank”-ın Gəncə filialının müdiri Mahir Abbaszadə seçiciləri ələ almaq üçün kassanın ağzını açıb. Lakin hakim partiyanın namizədi özünü elə aparır ki, sanki o, seçicilərinə sədəqə paylayır.
AzFakt.com-a Laçın əsakinlərinin verdiyi məlumata görə Mahir Abbaszadə Laçın qaçqınlarının yaşadığı bəzi obalarda seçicilərlə görüöüb. Obalarda görüşü zamanı “Zaminbank”-ın Gəncə filialının müdiri oba sakinlərinin bəziləinə ərzaq, pul verib. Hakim partiyanın namizədi seçicilərinə açqı deyib ki, “Onsuzda bu dairəinin deputatı mənəm, səs versənzidə verməsənizdə seçkinin qalibi mən olacam. Amma yenə də Allah naminə bu yardımı edirəm”.
Daha sonra sözələrinə davam edən namizəd qeyd edib ki, “Bu hədiyyələri sizələrə rüşvət adı ilə yox, sadəcə bir yerli kimi, Laçın camaatını sevən, onlar üçün çalışan biri olaraq sizlərə kömək üçün verirəm”.
Qeyd edək ki, 121 saylı Laçın seçki dairəsindən Mahir Abbaszadənin 6 rəqibi var və onların hamısı bitərəf olaraq seçkiyə qatılıblar.
Hazırkı dairədə icra hakimiyyətinin və şəxsən Akif Səlimovun dəstəyi ilə Mahir Ababszadənin mandat əldə "edəcəyi" deyilir. Mövzuya qayıdacağıq.
Qarşı tərəfinmövqeyini verməyə hazırıq.
AzFakt.com