“ Ermənistan və Azərbaycan arasında münaqişənin həlli prosesində yalnız qonşu ölkələri iştirak etməlidir.”
ANS PRESS-in məlumatına görə, bu sözləri italyalı deputat Damiko Klaudiosu "Moskva-Bakı" saytına müsahibəsi zamanı deyib.
Deputat ABŞ-ın münaqişənin həllindəki rolunu inkar edib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın köməkliyi o qədər də effektiv deyil.
“Cənubi Qafqazda sülhə əsas təhlükələrdən biri Dağlıq Qarabağ münaqişəsidir. Avropa Birliyində münaqişənin həlli ilə bağlı gərginliklər hiss edilir. Münaqişənin həlli yalnız Rusiya, İran və Türkiyə iştirakı vacibdir. Çünki münaqişənin həllinə ABŞ-dan daha çox onlar tövhə verə bilər.”
İtaliyalı deputat ABŞ-ın münaqişənin həllindəki rolunun az olmasını desədə, ATƏT-in Minsk qrupunun həmsədirlərindən biri kimi bu ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə birbaşa müdaxilə edir.
Damiko Klaudio-italyalı deputat
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, bu münaqişənin həlli ilə qonşu dövlətlər deyil, beynəlxalq təşkilatlar məşğuldur.
“Əgər ABŞ-in Dağlıq Qarabağ münaqişəsinin həllində rolu yoxdursa, o zaman niyə ATƏT-in Minsk qrupunun üzvü olub? Minsk qrupunun 11 üzvünün içərisindən 3 həmsədr seçilib. Onlardan biridə ABŞ-dır. Buna görə ABŞ-ın münaqişənin həlli prosesində rolu var. Son dövrlərdə hətta ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar atıb. Məsələn Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bildirib. Həmçinin ABŞ regionda baş verən hadisələrə təsir etmək gücünə malikdir.”
Politoloqun sözlərinə görə, deputatın fikirlərində Rusiya tərəfə meyillilik var. Çünki ABŞ-ın Qarabağ münaqişəsinin həllində mövqeyinin zəifləməsi Rusiyanın təsir gücünü artıra bilər.
Qabil Hüseynli-politoloq
Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqaməti Dağlıq Qarabağ münaqişəsinin həllidir. İtaliyalı deputat təkcə ABŞ-ın rol oynamadığını desədə, görünən odur ki, Türkiyədən başqa digər qonşu dövlətlərdə münaqişənin həllində o qədər də maraqlı görsənmir. Çünki onların heç biri indiyə qədər işğalçını dayandırmaq üçün nəzərəçarpacaq addım atmayıblar. Beynəlxalq təşkilatlar isə bu vaxta qədər icra olumayan qətnamələr qəbul etməklə məşğul olublar.
Azərbaycanın işğal olunmuş əraziləri(qırmızı xətlə işarələnib)
Artıq 20 ildən çoxdur ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib. 1991-1994-cü illər aralığında baş verən müharibə nəticəsində Dağlıq Qarabağ və onun ətrafında yeddi rayon Azərbaycanın nəzarəti altından çıxıb. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs imzalanıb və Rusiya, Fransa və ABŞ kimi dövlətlərin həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun vasitəçiliyi altında başlanılan sülh danışıqları hələ də uğursuz şəkildə davam edir.
İşğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması haqda BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə Ermənistan tərəfindən icra edilməmiş olaraq qalır.