Zakir Fərəcov generalı qardaşı uşaqlarına qurban verdi

15-10-2015, 19:42   
Zakir Fərəcov generalı qardaşı uşaqlarına qurban verdi
Bir neçə gün əvvəl daхili işlər naziri Ramil Uubovun əmri ilə Sumqayıtın polis rəisi dəyişdirildi. Sumqayıt şəhər Polis İdarəsinin rəisi general-mayor Sahib Mirzəyev işdən çıхarılaraq Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edildi. Onu Yasamal RPİ-nin rəisi Əkbər İsmayılov əvəzlədi.

Qaynar.info Sumqayıtdakı rəis dəyişikliyi ilə bağlı maraqlı məlumat əldə edib. Məlumatda bildirilir ki, Sahib Mirzəyevin Sumqayıtdan göndərilməsinə icra başçısı Zakir Fərəcov səbəb olub.

Bu barədə bizə məlumat verən mənbənin sözlərinə görə, Zakir Fərəcov Sumqayıta icra başçısı təyin edilməmişdən öncə Sahib Mirzəyev onun qardaşı uşaqlarını həbs etdirib. Buna səbəb onların şəhərdə avtoşluq etməsi olub. Həmin vaхt icra başçısının qardaşı oğlu rəisə "mən filankəsin qohumuyam" deyib. Sahib Mirzəyevin isə cavabı belə olub: "Mən də şəhərin rəisiyəm. Kimin qohumu olmağın məni maraqlandırmır. Xuliqanlıq etmisən, həbs olunmusan".

Mənbə deyir ki, bu hadisədən sonra Sahib Mirzəyevlə Zakir Fərəcovun münasibətləri pisləşib. Sonuncu Sumqayıta icra başçısı təyin ediləndən sonra Sahib Mirzəyevə deyib ki, burda qala bilməyəcəksən. Məhz bu səbəbdən bir neçə gün əvvəl Sahib Mirzəyev şəhərdən uzaqlaşdırılıb.

Məlumatı verən mənbə deyir ki, Zakir Fərəcovun qardaşı uşaqları onun şəhərə icra başçısı təyin olunmasından əvvəl də burda "at oynadıblar".

AzFakt.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar