Kral azərbaycanlı milyarderin otelini bağlatdırdı (FOTO)

15-10-2015, 21:30   
Kral azərbaycanlı milyarderin otelini bağlatdırdı (FOTO)
Azərbaycanlı milyarder Telman İsmayilovun otelini Səudiyyə Ərəbistanı kralı bağlatdırıb

ANS PRESS-in məlumatına görə, Telman İsmayilıovun Antalyadaki 5 ullduzlu "Mardan Palace" otelini Səudiyyə Ərəbistanının kralı Salman Abdel Əziz Al Saud bron edərək bağlatdırıb. Həmin günlərdə Antalyada G-20 sammiti keçiriləcək. Kral otelin ancaq ona xidmət etməsini istəyib. Otelin 1 gecəsi 15 min dollara qiymətləndirilir. Sammit 15-16 noyabrda keçiriləcək. Otel 2 ay əvvəlcədən bron olunub. Kral oteldə 3 gün qalacaq. Ərəb milyarderin keçəcəyi yerlərə qırmızı xalçalar səriləcək.



Telman İsmayılov



"Mardan Palace" oteli

Otelin açılış mərasiminə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və dünya şöhrətli müğənnilər dəvət olunmuşdu. Otelin tikintisi 1,4 milyard dollara başa gəlmişdi. Telman İsmayılov Avrasiya Yəhudi Kongresinin vitse-prezidentidir. Sərvətinin 3 milyard dollar olduğu təxmin edilir. İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar