Rusiya prezidenti Vladimir Putinlə çəkdirdiyi fotoya görə gündəmə gələn Nadejda İgoşina müsahibə verib.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, “Miss Rusiya” finalçısı olan İgoşina Putinə yaxınlaşaraq onunla foto çəkdirmək istədiyini, prezidentin isə bunu səmimi qəbul etdiyini bildirib.
Müsabiqə finalçısı o anları belə xatırlayıb:
“Şəkil çəkdirən zaman çox həyəcanlı idim. Demək olardı ki, həyəcandan əlim əsirdi. Az qala telefonum yerə düşəcəkdi. O, mənim uşaqlıq qəhrəmanımdır. İndi isə çox yaxın dost olduq”.
Qeyd edək ki, məşhur foto Soçidə “Formula-1” Qran-pri yarışının qaliblərinin mükafatlandırılması mərasimindən sonra çəkilib.