Daha bir XİN əməkdaşı Azərbaycana qayıtmaqdam imtina edir

16-10-2015, 16:39   
Daha bir XİN əməkdaşı Azərbaycana qayıtmaqdam imtina edir
Bu haqda “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” proqramının yaradıcısı Qənimət Zahid məlumat yayıb. O, özünün Facebook səhifəsində yazır:

“Səfir Arif Məmmədovun işi ilə əlaqədar xarici səfirliklərdə xidmətı ezamiyyətdə olan məsul işçilərin Baş Prokurorluq organları tərəfindən şifahi şəkildə sorğuya çağırma prosessi davam edir.
Bakıya gələrək onlardan Arif Məmmədova qarşı öncədən hazırlanmış sənədlərə imza atmaq tələb olunur. Əks halda isə özlərini cinayət məsuliyyətinə cəlb edirlər.
Onlardan biri hal-hazırda Azərbaycanın Fransa Respublikasındakı səfirliyində təsərrüfat müdiri-kommendant vəzifədə çalışan, vaxtilə Strasburqda A.Məmmədovun tabeçiliyndə işləmiş Samir İsmayılovdur. May ayında A.Məmmədovla bağlı məlum proseslər başlayandan dərhal sonra Samir İsmayılovdan izahat vermək adı ilə prokurorluğa gəlməsi israrla, təhdid formada tələb edilib. Onun Prokurorluqdan Səfirliyə rəsmi sənədin göndərilməsi barədə haqlı tələbi isə rədd edilib və prokurorluq rəsmisini qəzəbləndirib. Şantajı qəbul etməyən Samir İsmayılov bu şərayitdə dönməkdən imtima edibdir. Son məlumat belədir ki, Baş Prokurorluq XİN qarşısında Samir İsmayılovun Bakiıya dönməsinin təmin etməsini tələb edib. Bu tələbə əsasən Samir İsmaylov tutduğu vəzifədən azad edilərək uzunmüddətli xarici ezamiyyətdən vaxtından əvvəl geri qaytarılması barədə Xarici İşlər Nazirliyi əmr verib”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar