Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun atası, tanınmış akademik Məhərrəm Məmmədyarov 1969-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir.
Qaynar.info-nun məlumatına görə, hazırda 91 yaşında olan M. Məmmədyarov, 17 oktyabr 1924-cü ildə Naxçıvanın Culfa rayonu Yaycı kəndində anadan olub. II Dünya Savaşının iştirakçısıdır.
M. Məmmədyarov 1949-cu ildə Azərbaycan Dövlət Universitetini, 1953-cü ildə isə Leningrad Texniki Universitetinin aspiranturasını bitirib, 1953-1955-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Kimya İnstitutunda elmi katib, 1955-1959-cu illərdə SSRİ EA-nın N. D. Zelinski adına Üzvi Kimya İnstitutunda baş elmi işçi, 1959-1969-cu illərdə Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işləyib.
1973-1979-cu illərdə AMEA Naxçıvan regional elmi mərkəzinin rəhbəri olan M. Məmmədyarov, 1980-ci ildə Naxçıvan termal məmbələrinin karbon gazının sənayədə istifadə texnologiyasının işlənib hazırladığına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layig görülüb. 1975–1978-ci illərdə Naxçıvan Dövlət Pedagoji İnstitutunda (indiki Naxçıvan Dövlət Üniversiteti) dərs deyən akademik, 1981-ci ildən 1994-cü ilə gədər şöbə müdiri, 1994-cü ildən 2002-ci ilə gədər isə AMEA Mikrobiologiya İnstitutunun direktoru vəzifəsində çalışıb.
2001-ci ildən AMEA-nın həqiqi üzvüdür.
Xatırladaq ki, Elmar Məmmədyarov xarici işlər naziri postuna 2004-cü il aprelin 2-də təyin olunub.
İlkin Hüseynli
Qaynar.info