Azərbaycanlı politoloqdan İŞİD-lə bağlı QORXUNC ŞƏRH

22-10-2015, 20:22   

Dünyada İŞİD adlı təhlükənin olduğu hər kəsə bəllidir. Bu təhlükənin hər an yayıla biləcəyi isə istisna edilmir.

İŞİD-in xüsusən İslam dininin mövcud olduğu ölkələrdə yayıla biləcəyi təhlükəsi daha genişdir. Qruplaşmanın Türkmənistana girmək cəhdləri ilə bağlı məlumatlar da yayılmaqdadır. Azərbaycanda isə üçün İŞİD-in təhlükəsi ilə bağlı mətbuatda dəfələrlə təhlillər, yazılar tirajlansa da, insanların içində bir İŞİD xofu var.

Politoloq Qabil Hüseynli aznews.az-a İŞİD-in Azərbaycan üçün mövcud təhlükəsi ilə bağlı danışıb.

Azərbaycanlı politoloqdan İŞİD-lə bağlı QORXUNC ŞƏRH

O, sözügedən terrorçu qruplaşmanın Azərbaycana hərəkat halında keçməsinin asan olmadığını düşünür. Amma politoloq terrorçuların ideologiyasının yayıla biləcəyini istisna etmir: “Bu ideologiya da özünü vəhhabizim şəklində göstərir. Çox təəssüflər olsun ki, vəhhabilik ölkənin bir sıra rayonlarında yayılmaqdadır. Buna qarşı ciddi mübarizə də aparılmır. Biz insanları hələ də başa sala bilmirik ki, vəhhabilik Səudiyyə Ərəbistanının dövlət ideologiyasıdır. Onun ölkəmizdə yayılması azərbaycançılıq ideologiyasına ziddir. Hesab edirəm ki, İŞİD-lə mübarizə ilk növbədə vəhhabizimə qarşı başladılmalıdır. Bu ideologiyanın ölkəmizdə yayılmasının qarşısı alınmalıdır. Digər hallarda isə bu terror qruplaşması Azərbaycan üçün hər hansı təhlükə kəsb edə bilməz. Yalnız ölkə daxilində onun ideoloji dayaqları sındırılmalıdır”.

Politoloq qeyd edib ki, qruplaşmanın ölkəmizdə terror hadisələri törətmək kimi planları ola bilər: “İŞİD-in Azərbaycanda terror hadisələrini planlaşdırmaq kimi niyyətləri olsa da, ölkəmizin hüquq-mühafizə orqanları kifayət qədər ayıq-sayıqdır. Amma yenə hər şey ölkənin özünün möhkəmliyindən asılıdır. Dövlətin bütün əsas orqanları bu cür məsələlərdə diqqətli olmalıdır”.

Qeyd edək ki, Terror qruplaşmasının Türkmənistana girməsi xəbərləri yayılıb. Hətta sərhəddə qanlı döyüşlərin getdiyi bildirilir. İŞİD terror təşkilatı bu ilin yanvarında da bəyanat verərək Azərbaycanın neft yataqlarını ələ keçirməklə bağlı öz niyyətlərini elan etmişdilər.

Qaynar.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar