Mədət Quliyevin postunu kim tutacaq?

23-10-2015, 10:43   
Mədət Quliyevin postunu kim tutacaq?
Penitensiar Xidmətin rəisi vəzifəsinə iki namizəd var

Penitensiar Xidmətin rəisi vəzifəsinə iki namizəd var. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, namizədlərdən biri 1 saylı Bakı Istintaq Təcridxanasının rəisi Azər Seyidov, digəri isə Penitensiar Xidmətin rəis müavi Hüseyn Əlixanovdur. Məlumata görə, Azər Seyidov Prezident Administrasiya rəhbərinin müavini Novruz Məmmədova yaxın şəxsdir.

Hüseyn Əlixanov isə Ali Məhkəmənin sədri Ramiz Rzayevlə qudadır. Lakin mənbə bildirir ki, istənilən halda bu məsələdə ədliyyə naziri Fikrət Məmmədovun rəyi nəzərə alınacaq.

Xatırladaq ki, Penitensiar Xidmətin rəisi Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

İnformasiya şöbəsi

azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar