Dini Qurumlarla üzrə Dövlət Komitəsinin (DQDİK) sədr müavini Siyavuş Heydərovla Vergilər Nazirliyinin Vergi Cinayətləri Departamentinin sabiq rəisi Vidadi Məmmədov da MTN-nin Antiterror Mərkəzinin keçmiş rəis müavini, hazırda həbsdə olan İlqar Əliyevlə paralel işləyiblər.
Bu barədə İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, Vidadi Məmmədov biznesmenlərdən vergidən əlavə pul ala bilməyəndə dərhal həmin iş adamı haqqında məlumatları İlqar Əliyevə ötürürmüş. İlqar Əliyev şantaj yolu ilə həmin biznesmenləri soyurmuş.
Siyavuş Heydərov
DQİDK sədrinin müavini Siyavuş Heydərova gəlidkdə isə o, Namiq Abbasov zamanında MTN-dən qovulub və rütbəsi alınıb.
Məlumatda İddia edilir ki, Siyavuş Heydərov MTN-dən qovulduqdan sonra Vergi Cinayətləri Departamentində şöbə rəisi vəzifəsində çalışıb. Sonralar isə İlqar Əliyevin xahişi və planı üzrə MTN-in sabiq rəhbəri Eldar Mahmudov Siyavuş Heydərovu DQİDK –nın müavini təyin etdirib.
Siyaviş Heydərov bu vəzifəyə təyin edildikdən sonra şiə dindar biznesmenlərdən külli miqdarda şantaj yolu ilə pul alıb.Şiə məzhəbində olan və pul verməkdən boyun qaçıran dindar biznesmenləri Hizbullahla əlaqəli olmaqda şantaj edirmiş və məsləni İlqar Əliyevə həvalə edirmiş. Pul verməkdən boyun qaçıran sünni dindarlar isə Əl-Qaidə üzvü kimi göstərilməklə şantaj edilir və iş İlqar Əliyevə həvalə olunurmuş.
Vidadi Məmmədov
"Mən şəxsən şahidi olmuşam ki, hər həftənin şənbə günü axşam saatlarında İlqar Əliyev və Siyavuş Heydərov Vidadi Məmmədovla kabinetində görüşür və müzakirələr aparırıdılar”,-deyə məlumatı verən mənbə bildirib.