Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı “vəhabi” təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb. Saxlanılanların arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini olmuş Adil Rəcəbov da var.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə ilə bağlı nazirlik rəsmi açıqlama yayacaq.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı “haqqın.az” saytı MTN-in İctimaiyyətlə Əlaqə İdarəsinə istinadən yayıb.
istiqlal.az