Daxili işlər orqanlarında yeni təyinatlar həyata keçirilib.
Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən Bakı Şəhər Baş Polis İdarəsində çalışan Nizami Novruzov tutduğu vəzifədən azad edilərək Qaradağ Rayon Polis İdarəsi 10-cu polis bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Nazirin digər əmri ilə Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsinin rəis müavini Elşən Tağıyev vəzifəsindən azad edilərək Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.
Xatırladaq ki, son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib (APA).