Eldar Mahmudovun Vergilər Nazirliyindəki "əli" kəsildi...

25-10-2015, 13:08   


Vergi cinayətlərinin ibtidai araşdırılması departamentunin rəisi Vidadi Məmmədovun bir neçə gün öncə işdən azad olunması xəbəri yayılıb.

Moderator.az araşdırma apararaq V. Məmmədovun Eldar Mahmudovun kadrı olduğunu müyyən edib. Vidadi Məmmədov ilə Eldar Mahmudov əvvəl "obxss"də bir yerdə işləyiblər. Eldar Mahmudov nazir olanda öz kadrlarını müxtəlif strukturlara yerləşdirməyə başlayıb.

2007-ci ildə Vidadi Məmmədov Vergilər Nazirliyinə gəlir. 2012-ci ildə Eldar Mahmudovun əli ilə general rütbəsi alıb.

Dünən isə Vergilər Nazirliyində qeyri adi hadisə vaş verib. Belə ki, Nazirlikdən işdən çıxıb evə gedən bütün işçilərin üzəri yoxlanılıb. Üzərlərində flaşkart və s. yaddaş diskləri olan işçilərin əşyaları əllərindən alınıb. Yoxlamalar Vidadi Məmmədovun işdən çıxarılması və istintaqa cəlb olunması ilə bağlı olduğu ehtimal olunur.
Əldə etdiyimiz daha bir məlumata görə isə, Vidadi Məmmədovun yaxın sutkalarda həbs olunması gözlənilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar