Bu kəs hədəfdə nazirliyin rayon təşkilat rəhbərləridir
Onlardan bəzisi Eldar Mahmudovun qanunsuz tapşırıqlaırnın icrasında şübhəli bilinir
Özəl mənbədən Moderator.az-a daxil olan məlumata görə, yaxın günlərdə MTN-də yeni həbs dalğasına start veriləcək. Bu kəs əsas həbslər nazirliyin tabeçiliyindəki rayon təşkilatlarında reallaşacaq.
Məlum məsələ ilə bağlı saytımızı məlumatlandıran mənbənin sözlərinə görə, onlardan bəzisi sabiq nazir Eldar Mahmudovun qanunsuz əmr və göstərişlərini icra etməkdə şübhəli bilinir:
“Yaxın günlərdə MTN-nin bir sıra rayon təşkilat rəhbərlərinin tutduğu vəzifədən azad edilməsi və məsuliyyətə cəlb edilməsi gözlənilir. Buna səbəb həmin şəxslərin E.Mahmudov tərəfindən verilən qanunsuz göstərişləri yerinə yetirməsi, vətəndaşların hüquq və azadlqlarının kobud şəkildə pozulması ilə müşahidə edilən aşkar qanun pozuntusuna yol verməsi olub. Artıq bununla bağlı konkret faktlar müəyənləşdirilib ki, məsuliyyətə cəlb ediləcək şəxslərin bu faktlar üzrə dindiriləcəyi gözlənilir.
Siyahısı müəyyənləşən rayon təşkilat rəhbərləri E.Mahmudov və nazirliyin digər yüksək rütbəli əməkdaşlarının xeyrinə vətəndaşların əmlakını qanunsuz olaraq əllərindən almaqda, sahibkarlara yönəlik təzyiqlər həyata keçirməkdə, şantaj və qanunsuz həbsdə təqsirləndirilir”.