Ramil Usubov deputatın rəis oğlunu işdən çıxardı

26-10-2015, 10:59   


Daxili İşlər naziri Ramil Usubov daha bir rəisi işdən çıxarıb.


AzNews.az xəbər verir ki, nazirin əmriylə Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov tutduğu vəzifədən azad edilərək, sərəncama götürülüb.
Elşad Məmmədov millət vəkili, nazirlə yaxın münasibətləri ilə seçilən Elman Məmmədovun oğludur. O, 1993-cü ildən başlayaraq yol polisində çalışır.

Qeyd edək ki, AzNews.az bir müddət əvvəl Yasamal rayon Yol Polisi Şöbəsində ciddi qanun pozuntularıyla bağlı məlumat yayımlamışdı.

Azər
AzNews.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar