Sabiq MTN rəhbərliyi iş adamlarına hansı restoranda “racon” kəsib?

27-10-2015, 16:48   
Nizaməddin Həmidova məxsus “Abşeron Marina”nın taleyi sual altında


Moderator.az-a MTN-nin Maddi-texniki təminat Baş İdarəsinin rəisi, general Nizaməddin Həmidovla bağlı maraqlı məlumat daxil olub.
Məlumatda N.Həmidovun malik olduğu daşınmaz əmlakla bağlı ciddi informasiyalar yer alıb. Bu informasiyalardan biri də MTN generalının Bakının Coradil kəndində, dəniz kənarında yerləşən “Abşeron Marina” restoranı ilə bağlıdır.
Məlumata görə, MTN generalları iş adamları və bəzi dövlət məmurlarına məhz bu restoranda təşkil edilən görüşlər zamanı “racon” kəsib. MTN rəhbərliyinin mübahisəli məqamlarla bağlı maliyyə “razborkaları”nın da bir çoxunun məhz N.Həmidova məxsus “Abşeron Marina” restoranında reallaşdığı bildirilir.
Mənbənin sözlərinə görə, “MTN işi”ni araşdıran istintaq qrupuna daxil olan məlumatlar Nizaməddin Həmidov kimi onun sahibi olduğu restoranın da taleyini sual altında qoyub. “Abşeron Marina” ilə bağlı yayılan məlumatlar dəyəri milyon manatlarla ölçülən restoranın N.Həmidov tərəfindən hansı vəsait hesabına tikildiyi, MTN generalında bu qədər pulun hardan olması ilə bağlı sualları da aktuallaşdırıb. Odur ki, mənbə araşdırma sonucunda “Abşeron Marina” ilə bağlı daha ciddi faktların meydana çıxmasının və adıçəkilən restorana dövlətin xeyrinə əl qoyulması ehtimalnın yüksək olduğunu bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar