“Ağdam səhiyyəsi can verir”; “Gülnar Abbasova Ağdam səhiyyəsini şəxsi qazanc mənbəyinə çevirib”; “Ağdam xəstəxanasında qalmaqal”; “Prezidentin açdığı xəstəxanada rüşvətxorluq-tüğyan edir“; “Baş həkim icra başçısı üçün pul topladığını iddia edir”; “Ağdam xəstəxanasında ağır cinayət törədildi”və sairə və ilaxır. Internet informasiya məkanı bu kimi tənqidi məqalə başlıqları ilə doludur. Hələ təsəvvür edin, bu sərlövhələrin altında nələr açıqlanıb. Və bütün bu neqativ hallara rəvac verən Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasova indi parlament üzvlüyünə namizəddir.
Yalançı hay- küy
Bəli, G. Abbasova indi deputat olmaq istəyir. Üstəlik son günlər hay-küy salıb ki,guya YAP-ın Ağdam rayon şöbəsinin müdiri İsgəndər Quliyev, hətta rayon prokuroru belə Gülnar Abbasovaya hər cürə mane olmağa çalışır, onu namizədliyini onunla alternativ olan Bəxtiyar Əliyevin xeyrinə geri götürməyə məcbur edirlər və əks halda ona pis olacağı və s. kimi hədə-qorxu da gəlirlər:” Neçə gündür seçicilərimlə qrafik üzrə görüşə hazırlaşıram. Məktəbə gedirəm, qapıları üzümə bağlanır. Məktəb direktoru deyir ki, bizə deyiblər ki, yalnız Bəxtiyar Əliyevlə görüşə icazə verin… Sonra icra başçısına zəng vururam, yalnız bundan sonra məktəbin qapısı açılır. Bu adamlar, əslində, YAP-ın imicinə ağır zərbə vururlar. Necə ola bilər ki, müstəqil namizədlərə belə problem yoxdur, amma YAP-ın partiyadan irəli sürülmüş namizədinə qarşı belə hərəkətə yol verirlər… Bəxtiyar Əliyev nə vaxta kimi Ağdamdan deputat olmalıdır? Rayonda onun görüşünə evdən adamları zor ilə yığırlar. Amma məni hamı tanıyır, buna da rəsmilər mane olur…”
İndi gəlin görək bu “bəyanat” nəyə və kimə lazımdır?
Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülsə də, tərəqqipərvər, tükü-tükdən seçən Ağdam vətəndaşları əmindirlər ki, o, heç vaxt millət vəkili olmayacaq. Çünki deputat ollmaq hələ millət vəkili olmaq demək deyildir. Mandatı müxtəlif yollarla əldə etmək mümkündür, amma millət vəkili ictimai statusunu qazanmaq, xalqın gözündə ucalmaq lazımdır. Qəribədir, G. Asbbasova nəyə, hansı xidmətlərinə güvənib sinəsini qabağa verib? Ağdam səhiyyəsini iuflic vəziyyətə saldığına görəmi? Sabiq icra başçısı Həsən Sarıyevin həyat yoldaşı ilə birgə inhisarçı sövdələşməyə gedərək dərman biznesini ələ keçirdiyinə görəmi? Ayağına çöp batmaq kimi adi bir səbəblə xəstəxanaya gətirilmiş, həkim səhlənkarlığının və qeyri-peşəkarlığının qurbanı olan 6 yaşlı Tunar Əliyevin ölümünə görəmi? İşçilərinini vaxtında yardım etmədiyi Nuşirəvan Aslanovun ölümünə görəmi? Yaxud, sadalamaqla qurtarmayan başqa nöqsanlarına görəmi? Mərhumun oğlunun verdiyi məlumata görə, tibb bacılarından biri təcili yardım maşınlarına ayrılan yanacağın baş həkim tərəfindən satdırılması səbəbindən maşınların bakının həmişə boş olduğunu etiraf edib. Növbətçi həkim isə Baş Həkimin xəstəxananın iynə-dərmanını sataraq Antalyaya istirahətə getdiyini deyib. Sonda Gülnar xanıma xatırlatmaq istəyirik ki, millətimiz həkimliyə müqəddəs peşə deyib, vəkilliyə yox. Gülnar xanım görüşlərinə adam toplaya bilmir. YAP namizədi olmaq hələ millət vəkilliyinə qarantiya vermir. Yuxarıda sadaladıqlarımıza gorə axı kim gəlib səhiyyənin sonuna çıxmış bir şəxsin “vəd”lərinə qulaq asar, görüşünə gələr? Özü yıxılan ağlamaz Gülnar xanım.
Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfidə dinləməyə hazırıq.
Allahverən Quliyev, Röyal Allahverənoğlu.
İdeologiya.az Qarabağ, Mil-Muğan bürosu
Büro Quzanlı qəsəbəsində yerləşir.