4 Region Müstəqil Müşahidəçilər Qrupu - Azərbaycan Respublikasının Milli Məclisinə 1 Noyabr tarixli 5-ci çağırış seçkisi ilə bağlı ikinci aralıq hesabatını açıqlayıb. Müstəqil Müşahidəçilər Qrupu bu seçkinin birinci mərhələsi - namizədlərin irəli sürülməsi və qeydiyyatı (12 Sentyabr - 2 Oktyabr, 2015-ci il) prosesi üzrə aralıq ilk hesabatını oktyabrın 9-da yayımlamışdı.
Təşkilatdan verilən məlumata görə, ikinci aralıq hesabatı seçkiqabağı təşviqat mərhələsi (9 - 29 Oktyabr arası, 2015-ci il) üzrə paytaxdan əlavə, Şəki, Gəncə və Lənkəran bölgələrində aparılan müşahidələr əsasında hazırlanıbdır.
"Bizim koordinator və könüllülərimiz 90 müxtəlif dairəni bir-bir gəzərək seçki komissiyaları, onların hazırlıq prinsipləri, həmçinin namizədlərin seçkiqabağı təbliğat və təşviqat kampaniyalarını müşahidə edib. Seçici fəallığının artırılması, namizədlərlə seçicilər arasında olan əlaqələrin maneəsiz şəkildə həyata keçirilməsi üçün səylər göstərmişdir. Çox təəssüflə qeyd edirik ki, 1 Noyabr parlament seçkisinin ikinci mərhələsində - seçkiqabağı təşviqat dövründə ölkədə siyasi mühitin ədalətli, sərbəst toplaşmaq azadlığı, hər kəsə bərabər olmalı siyasi fəaliyyət imkanları barədə heç bir irəliyə doğru addım müşahidə edə bilmədik.
Seçkiqabağı təşviqat prosesi yerli icra orqanlarının, rayon bölgələrində isə hətta bələdiyyə üzvlərinin seçki prosesinə müdaxilələri, hakim partiyanın dövlət orqanları vasitəsiylə həm yerli əhaliyə, həm də namizədlərə hədə-qorxu gəlmələri, namizədlər arasındakı bərabərlik prinsipinin pozulmasına və seçicilərin seçkiyə inamlarının bir daha sarsılmasına gətirib çıxarmışdır. Bundan dolayıdır ki, ölkənin müxalif partiya və hərəkatları seçkilərdə iştirak etməyin mənasız olduğunu əsas bilərək , seçkilərdə iştirak etməyi baykot etmələri , seçkilərin tamami ilə rəaqbətsiz şəkildə keçirələcəyinə dəlalət vermişdir"
Sonda isə təşkilat seçki prosesinin təkminləşdirilməsi yönümdə öz təvsiyyələri vermişdir.