Son dövrlər dövrü mətbuatda, televiziya və elektron kütləvi informasiya vasitələrində daha çox rastlaşdığımız xəbərlər içərisində oğurluq, soyğunçuluq külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi kimi halların gün-gündən artımını müşahidə etmiş oluruq. Birdən-birə bu kimi sadaladığımız neqativ halların çoxalma səbəbləri birdir. Ölkədə gün-gündən işsizlik problemi artmaqdadır. İşi olmayan insanların isə istər-istəməz qazanc əldə etmək məqsədi ilə başqa yollara, oğurluq, soyğunculuk kimi yollara əl atmaları qaçılmaz, labüddür. Erməni təcavüzkarları ilə uzun mübarizədən sonra sosial-iqtisadi dircəliyə nail olmuş respublikamız indi də başqa bir problemlə, maliyyə bohranı ilə üzləşməkdədir. Hesab edirik ki, hələ sınaqlarla üzbəüz dayanmış müstəqil
Azərbaycan növbəti bir sınaq qarşısındadır.
Vətəndaşların bu gün daha çox müzakirə etdiyi aktual məsələlər içərisində məmurların külli miqdarda dövlət vəsaitini mənimsəmələri halları dayanır. Banklar sadə vətəndaşlara 1000-2000 min manatı məcbur, bəzi hallarda zorla ödətdirdikləri halda külli miqdarda vəsaitlərin necə ödəniləcəyi haqda heç kim, heç bir proqnoz verə bilmir.
Və beləcə ölkədə, əhali arasında sosial narazılıqlar yavaş-yavaş artmağa başlayır. Respublikamızın prezidenti cənab İlham Əliyev keçirdiyi son müsavirədə məhz vətəndaşların, haqsız yerə incidildiyini dönə-dönə vurğulamaqla bir çox məmurlara mesaj göndərmiş oldu.
Bu günlərdə redaksiyamıza müraciət ünvanlanmış vətəndaş Gülnaz Abdullayevanın üzləşdiyi problem də elə bu qəbildəndir. Vətəndaş G,Abdullayeva müraciətində qeyd edir ki, Mən 3 uşaq anasıyam boşanmışam, kirayədə yaşayıram. Bir neçə ay bundan əvvəl bir ailənin qurbanına çevrilmişəm. Mən Qasımov Xalid adlı bir şəxsin Yasamal rayonunda yerləşən NNS restoranını icarəyə götürmüşdüm. İşlətdiyim bir il müddətində aramızda heç bir narazılıq olmayıb. Bu müddətdə Xalid mənim ətrafındakı insanların yanında etibarlı olduğumu bilirdi.
Mən restorandan işdən çıxdıqdan sonra o məni yoldaşı Bəturə Qasımova ilə tanış etdi. Bir müddət sonra Bəturə məndən borc pul tapmağımı xahiş etdi. Mən tapıb verdim, sonra Bəturə pulu dediyi vaxtda qaytardı. 2015-ci ilin mart ayından sonra Bəturə müxtəlif vaxtlarda iş görmək üçün məndən 67500 dollar pul aldı. Pulu verərkən mənim yanımda şahidlərim də olub, Vaxt tamam olduqda isə Bəturə mənə hər dəfə hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin sədri işləyən Cavid Qurbanovun yaxın qohumu olması ilə ovundurdu. Onu da qeyd edim ki, Bəturə Qasımova ilə Cavid Qurbanovun dünyasını dəyişmiş həyat yoldaşı xalaqızıdırlar. Bəturənin anası Həqiqət, atası Məmmədağa da bu müddətdə məndən pul ala bilmişdilər.
Bir sözlə artıq neçə aydır ki, Bəturə Qasımova rəfiqələrimdən, tanışlarımdan aldığım pulu qaytarmır. Hər dəfə mənə “Cavid müəllimin Yasamaldakı evindəyik onu gözləyirik, gəlsin alıb verəcəm”, “Cavid müəllimin Mərdəkandakı bağ evindəyik gələn kimi sənə zəng edəcəm” “Cavid müəllim evimi satmağa qoymadı, o evi mənə Cavid müəllim alıb-dedi-evi satma özüm verəcəm”, “Cavid müəllim “Dəmiryol” Banka tapşırıb oradan götürəcəm, “Vüsal adında bir nəfər var onu Cavid müəllimin yanına işə düzəldirəm 10 min manat gətirəcək onda sənə verərəm”. deyə-deyə artıq altı aydan çoxdur ki, mənim başımı aldadır. Sonuncu dəfə onunla telefonda danışanda Bəturə hətta “Cavidin qardaşları onun yanına gedə bilmir, amma mənim ərim onun evinin qapısını təpiklə acır”-deyə mənə qışqırdı”.
Vətəndaş G.Abdullayevanın üzləşdiyi problemdən çıxış yolu varmı? O Səbail rayon polis idarəsi 8-ci polis bölməsinə ərizə ilə müraciət edərək Bəturə Qasımova tərəfindən aldadığını bildirib. Lakin bölmədən ona hələ bir müsbət cavab verilməyib. G.Abdullayevanı isə pul aldığı rəfiqələri, tanışları incidir. G.Abdullayeva redaksiyamıza müraciət etməklə bu məsələni geniş ictimaiyyətin diqqətinə çatdırmağı xahiş edir.
Redaksiya sözü gedən müraciətlə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətinə sorğu məktubu göndərdi. Cəmiyyət sədri Cavid Qurbanovdan heç bir reaksiya olmadı. Dəfələrlə ona zəng etsək də telefonlara cavab vermədi. Bəturə Qasımovanın atası Məmmədağa ilə telefon söhbətimizdə o bildirdi ki, “bəli mən Cavid Qurbanovun qaynatası doktor Mürşüdlə bacanağam. Qızım Bəturə o xanımdan aldığı pulu qaytaracaq. Deyərəm sizinlə də əlaqə saxlayar”-dedi. Lakin bir tərəf olaraq redaksiyamızla əlaqə yaratmadılar. Bu məsələdə son sözü şübhəsiz Cavid Qurbanov deyəcək. Həqiqətənmi bu hadisələrdən Cavid Qurbanovun xəbəri var, yoxsa yox? Biz isə əks tərəf olaraq Cavid Qurbanovun mövqeyini öyrənmədən bu məqaləni dərc etmək zorundayıq. Ən azından ona görə ki, burada bir vətəndaşın həyatı təhlükə qarşısındadır.
Yazımızın başlanğıcına qayıtmaq istərdik Yuxarıda qeyd etmişdik ki, vətəndaşlar məmurlar tərəfindən yaradılmış süni maneələrdən bezib. Məmurların özləri bir tərəfə, onların qohumları, qulbecələri vətəndaşları bu qədər incirdirsə günah kimdədir qoy oxucularımız desin.
Biz ancaq onu deyə bilərik ki, vətəndaşlar arasında, əhali içində dövlətə, onun prezidentinə narazılıq hallarını məhz məmurlar və onların yaxın, uzaq qohumladır.
Əks tərəfin də mövqeyini dinləməyə hazırıq.
Telman Məmmədov
P.S. Bəturə Qasımovanın Cavid Qurbanovun adını hallandıraraq pul alıb qaytarmadığı iki nəfərlə əlaqə saxladıq. Səbail rayon sakini Sara Sadıxova telefonla danışığımız zamanı bildirdi ki, “neçə aydır əlimlə verdiyim 17500 manatı ala bilmirəm. Hər dəfə mənə deyir bacımın əri milli məclisdədir, yüksək vəzifədədir onun əli ilə işə adama düzəldirəm alan kimi qaytaracam. Polisə müraciət etmişəm. Pasport qeydiyyatında olduğu evdə yaşamırlar. Şəhərdə nə qədər obyektləri, evləri, rayonlarda nə qədər obyektləri var amma mənim 17500 manatımı qaytarmaq istəmirlər” Digər bir vətəndaş Binəqədi rayon sakini Namiq Axundov da Bəturə Qasımovanın toruna ötən ilin dekabr ayından düşdüyünü telefonla söhbətimiz zamanı bildirdi. Namiq Axundov söhbət zamanı qeyd etdi ki, 24000 manatı hər dəfə bir bəhanə ilə uzadır gah Cavid Qurbanovun adını çəkir, gah qardaşlarının adını hallandırır. Mən onların heç birini tanımıram. Adını Bəturədən eşitmişəm”.
Namiq Axundov da Bəturə Qasımovanın barəsində Səbail rayon 8-ci polis bölməsinə müraciət edib.
Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsindən redaksiyamıza bildirdilər ki, Bəturə Qasımovanın barəsində şikayətlər var, istintaq getdiyindən məlumat verməsələr də işdə vəzifəli şəxslərin adından istifadə olunduğunu də bildirdilər.
Millət vəkili Cavid Qurbanovun adının hallandırılmasını istəməyən vəkili isə Bəturə Qasımovanın ona böhtan atdıqlarını Cavid Qurbanovun adına ləkə yaxmaq istədiklərini deyərək hüquq mühafizə, məhkəmə orqanlarına müraciət etməyi məsləhət gördü.