Sabiq nazirin atasının heykəli uçuruldu - EKSKLÜZİV

29-10-2015, 21:28   
Sabiq nazirin atasının heykəli uçuruldu - EKSKLÜZİV
Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun adını daşıyan türk liseyinin önündəki abidə sökülüb. Bu barədə Naxçıvanda yaşayan jurnalist, ictimai fəal Həkimeldostu Mehdiyev sosial şəbəkədə yazıb.


Onun sözlərinə görə, Əhməd Mahmudovun heykəlinin sökülməsinə Naxçıvan MR-in tikinti naziri Asəf Məmmədov başçılıq edib. Nazirin göstərişi ilə hərəkət edən fəhlələr tanınmış alimin heykəlinin başına ip bağlayaraq, texnikanın gücü ilə dartıb yerə sərib, demontaj ediblər.








Əhməd Mahmudov



Oğlunun nazir olduğu vaxt

Qeyd edək ki, sabiq nazirin atası Əhməd Mahmudov Naxçıvanın Gəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. AMEA-ının İqtisadiyyat İnstitutunun direktoru, akademiyanın həqiqi üzvü olub.

Qeyd edək ki, professor Əhməd Mahmudov 1989-cu il may ayının 8-də Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar