ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda çalışan tədqiqatçıların hazırladığı sistem “Wi-Fi” texnologiyası vasitəsilə divarın arxasındakı insanı "görməyə" imkan verir.
“Theverge.com” saytı xəbər verir ki, bu xüsusi proqram insan siluetinin tanınması üçün göndərilən və qəbul edilən “Wi-Fi” siqnallarındakı fərqdən istifadə edir. “RF-Capture” adlı qurğu məkanda insanın fiqurunu və bədən hərəkətlərini 90 faiz dəqiqliklə tanıyır. Cihaz, həmçinin divarın arxasındakı qonşu otaqda yerləşən 15 insanı müəyyən edə və fərqləndirə bilir. Tədqiqatçılar əldə olunan təsvirin keyfiyyətinin yaxşılaşması üzərində işləyirlər. (AzərTac)