Nəqliyyat naziri Ziya Məmmədovun hədəfə gəlməsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun rolu olub
Bu iddia "Azadlıq.info"da yer alıb. Saytın xəbərinə görə, Eldar Mahmudov Prezident İlham Əliyevə Ziya Məmmədov barədə kompromatlar təqdim edib. Məhz bundan sonra nəqliyyat nazirinin qara günləri başlayıb. Bu kompromatlar Ziya Məmmədovun Beynəlxalq Bankdan götürdüyü kreditlər və nəqliyyat nazirinin baş nazirin keçmiş müavini Abbas Abbasovla əlaqələri barədə olub.
Qeyd edək ki, Ziya Məmmədov hədəfə gələn ərəfədə baş verənlər onun Beynəlxalq Bankdan götürdüyü 500 milyon manat kreditə və Abbas Abbasovla əlaqələri ilə izah edilirdi. Qaynağımız bildirir ki, bu iddialar əsassız deyil. Lakin Eldar Mahmudov faktların üzərinə əlavələr etməkləölkə rəhbərliyinə təqdim edib. Eldar Mahmudovun özü hədəfə gələndən sonra Ziya Məmmədovla bağlı proses dayandırılıb.
Mənbə deyir ki, Ziya Məmmədovun yaxın ətrafı da nəqliyyat naziri ilə bağlı baş verənlərdə Eldar Mahmudovu suçlu bilir(Azadlıq.info).
AzFakt.com