Sabiq MTN rəhbəri Eldar Mahmudova qarşı daha bir ittiham irəli sürülüb. Belə ki, sabiq nazir Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində "səfir qiyamları” təşkil etməkdə təqsirləndirilir.
Mia.az Moderator.az-a istinadən xəbər verir ki, keçmiş MTN rəhbərliyi bu qiyamları məqsədli şəkildə, səfirliklərdəki MTN əməkdaşlarının vasitəsi ilə həyata keçriib ki, məqsəd ali siyasi hakimiyyətin diqqətini MTN-dəki qanun pozuntularından yayındırmaq, onların nəzərlərinin XİN-ə yönəlməsinə nail olmaq olub:
"Qısa zaman fasiələsində bir neçə diplomatın öz missiyasından və Azərbaycana qayıtmaqdan imtina etməsi də bununla izah edilir. Mənbə hələlik qeyri-rəsmi formada irəli sürülən bu ittihamın yaxın günlərdə rəsmiləşdiriləcəyini və bu istiqamətdə istintaq araşdırmasının genişləndiriləcəyini bildirib".