Bu gün keçirilən parlament seçkiləri zamanı səsvermənin cəmisi 2 saatı arxada qalsa da artıq seçki saxtakarlıqları və qanunsuz müdaxilələrlə bağlı Moderator.az - a ilk siqnal daxil olub.
125 saylı Zəngilan - Qubadlı seçki dairəsindən deputatlığa namizəd Əlisahib Hüseynovun məntəqələr üzrə müşahidəçilərinin verdikləri məlumatlara görə, bu gün Bakının 8, 11, 40, 41, 54 saylı seçki məntəqələrində, həmçinin Hacıqabulun 21 saylı seçki məntəqəsində qanun pozuntuları qeydə alınıb. Səsverməyə gələnlərin seçki qutularına birdən artıq bülleten atdıqları aşkarlanıb. 3 saylı məntəqədə isə məntəqə sədrinin göstərişi ilə məşvərətçi və müşahidəçiləri qeydə almaqdan boyun qaçırılıb.