Eldaş Abdullayevin bacısı oğlu saxlanmasının səbəbini açıqladı

1-11-2015, 14:36   
Eldaş Abdullayevin bacısı oğlu saxlanmasının səbəbini açıqladı
ABU-nun sabiq rektoru Elşad Abdullayevin bacısı oğlunun saxlanılmasının səbəbləri açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, bəzi kütləvi informasiya vasitələrində Azad Mürsəlıyevin həbs olunması barədə yayılmış informasiyalar həqiqəti əks etdirmir: “Göstərilənlərlə bağlı bildiririk ki, Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Azad Mürsəlıyevin cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən məlumatlara malik olduğunu nəzərə alaraq, eləcə də istintaqla mütəmadi və sıx əlaqələrini təmin etmək məqsədi ilə müvafiq qaydada ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulub.

Barəsində belə bir məhdudiyyətin mövcudluğunu bilə-bilə Azad Mürsəlıyev oktyabrın 31-də saat 18:45-də dövlət sərhədini “Şıxlı” sərhəd-nəzarət məntəqəsi vasitəsilə keçərkən saxlanılıb. Qazax Rayon Polis Şöbəsində sərhəd keçməsinə qoyulmuş məhdudiyyətin tələbləri bir daha izah edildikdən sonra o, həmin gün sərbəst buraxılıb”.

Qeyd edək ki, Azad Mürsəliyev fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin bacısı oğludur.

Azad Mürsəliyev özü isə virtualaz.org saytının Şirvan bürosunun müxbiri ilə söhbətində saxlanmasının təfərrüatlarını açıqlayıb: “Dünən ailə üzvümün xəstələnməsi ilə bağlı rentgen plyonkalarını və analizlərin nəticələrini Türkiyəyə aparmaq üçün Qazax rayonundakı sərhəd-keçid məntəqəsində sərhədçilər tərəfindən saxlanıldım. Onlar saxlanmağıma heç bir səbəb göstərmədilər. Oradan Qazax Rayon Polis Şöbəsinə aparıldım. 2 saaat saxlanandan sonra sərbəst buraxıldım. Onu da deyim ki, 2012-ci ildə mənim ölkədən çıxışım məhdudlaşdırılmışdı. Bununla bağlı müvafiq orqanlara dəfələrlə sorğu göndərmişdim ki, bu “stop” götürülsün. Amma son iki sorğuma cavab verilmədiyindən qərara gəlmişdim ki, artıq problem həll olunub. Baş Prokurorluqdan isə mənə bildirilib ki, bu gün üçün prokurorluqda olum. Lakin bu gün Milli Məclisə seçkilər günü olduğunu nəzərə alaraq sabah - noyabrın 2-də getməyə qərar vermişəm”.

Emil Məmmədov

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar