Yasamalda seçki saxtakarlığı...

1-11-2015, 16:50   
Yasamalda seçki saxtakarlığı...
17 saylı Yasamal üçüncü seçki dairəsinin 17 saylı seçki məntəqəsində seçki saxtakarlığına yol verilib.

Seçicilərdən biri bir neçə bülleteni seçki qutusuna atıb. Seçicinin bu hərəkəti musavat.com-un reportyoru tərəfindən lentə alınıb.

Məntəqə nümayəndləri qanunsuzluğa müdaxilə etmək əvəzinə jurnalistin müşahidəçilər tərəfindən çölə çıxarılmasını istəyiblər.

Topa bülleten atan seçici isə tez bir zamanda məntəqəni tərk edib.

Bitərəf olduqlarını deyən müşahidəçilər jurnalistin məntəqədən çıxması üçün ona təzyiq göstəriblər.

Qeyd edək ki, 17 saylı seçki məntəqəsi 150 nömrəli məktəbdə yerləşir.

İlkin Muradov
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar