Tural Abbaslının daha bir müşahidəçisi qovuldu

1-11-2015, 18:19   
Tural Abbaslının daha bir müşahidəçisi qovuldu
21 saylı Nəsimi seçki dairəsində axşam saatlarında müşahidəçilərin məntəqələrdən çıxarılmaları prosesi sürətlənib. Xüsusilə namizəd Tural Abbaslının müşahidəçiləri bir-birinin ardından məntəqələrdən zorla çıxarılırlar. 3 saylı məntəqədə bu hal yaşanıb. Maqsud Maqsudlu seçki saxtakarlığına etiraz etdiyi üçün məntəqə sədrinin göstərişi ilə polislər onu zorla çıxarıblar.

Qeyd edək ki, gün ərzində T.Abbaslının 5 nəfər müşahidəçisi məntəqədən qovulub. Hətta, müşahidəçi İlkin Əliyev polisə aparılıb, iki saatdan sonra sərbəst buraxılmışdı.


Cavanşir ABBASLI
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar