4 region - Müstəqil Müşahidəçilər Qrupu - parlament seçkiləri ilə bağlı saat 14:00 üçün ilkin rəyini elan etmişdir. Təşkilatın mətbuat departamentindən aldığımız məlumatda deyilir ki, "4 Regionçular bu gün saat 8:00-dan başlayaraq Bakı, Şəki, Gəncə və Lənkəran şəhərlərində müşahidələrə start verib. Hal-hazırda koordinator və könüllülərimizdən aldığımız məlumatlara görə, seçici fəallığı cəmi 6% olaraq hesablanmaşdır.
Bakı daxilində Müsavat Partiyasının və ReAl Hərəkatının, regionlarda isə daha çox müstəqil namizədlərin müşahidəçilərinə qarşı məktəb direktorları və DSK sədrləri tərəfindən təziqlər olmuşdur. Bir neçə şəxs məntəqədən zorla kənarlaşdırılmış və ya müxtəlif bəhanələrlə onları ümumiyyətlə məntəqələrdə əyləşib müşahidə aparmağa icazə verilməmişdir.
Bəyənatın sonunda isə təşkilat bildirir ki, "4 region MMQ - üzvlərinə qarşı bu kimi təxribatları pisləyir və hakimiyyəti seçkiləri azad və ədalətli keçirməyə, müşahidə missiyası olan üzvlərinə qarşı hörmət etməyə çağırırıq"