Pənah Hüseyn və qohumları polisə çağırılıb.
Bu barədə Pənah Hüseyn özü musavat.com-a məlumat verib.
P. Hüseyn Sabirabaddan zəng edərək bildirib ki, onun özündən və bir qrup qohumundan şikayət olduğu əsas gətirilərək rayon polis şöbəsinə çağılıblar: "Bunu seçkilərin nəticəsindən şikayət etməməyim üçün təzyiq vasiətəsi hesab edirəm. Məsələyə müdaxilə edilməsi üçün respublika rəhbərliyinə müraciət edirəm".
musavat.com