Bu gün mətbuatda “MTN işi” çərçivəsində saxlanılan MTN zabitlərindən birinin təcridxanada özünü asması və onun meyitinin Binəqədidəki xəstəxanaların birinin morquna aparılması haqda məlumat yayılıb.
Virtualaz.org saytı bu məsələyə aydınlıq gətirmək üçün hüquq-mühafizə orqanlarına sorğu ilə müraciət edib.
Baş Prokurorluqdan MTN zabitinin intihar etməsi barədəki xəbəri “kökündən yanlış” adlandırıb təkzib etdilər.
“Baş Prokurorluq bu informasiyanı qətiyyətlə təkzib edir və onun həqiqətə uyğun olmadığı bildirir” - deyə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirdi.
Virtualaz.org