Separatçılardan Xocalı aeroportuna dair ETİRAF: “Bakı ilə razılaşdırmaq lazımdır”

3-11-2015, 19:57   
Separatçılardan Xocalı aeroportuna dair ETİRAF: “Bakı ilə razılaşdırmaq lazımdır”
Azərbaycanın işğal altındakı Qarabağ bölgəsindən Ermənistana uçuşlar təkşil etmək istəyən separatçı rejim Xocalı aeroportu ilə bağlı növbəti açıqlama yayıb.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, separatçı rejimin “mülki uçuşlar üzrə idarəsinin rəisi” Dmitri Adabaşyan aeroportun uçuşlara uzun illərdir ki, hazır olduqlarını, lakin rəsmi Bakının bu məsələdəki sərt mövqeyinə görə uçuşlara başlaya bilmədiklərini deyib.

“Xocalı aeroportu təyyarələri qəbul etməyə və onu istismar etməyə tam hazırdır. Sadəcə, aeroportu işə salmağı Azərbaycanla razılaşdırmaq lazımdır. Uçuşların nə vaxt başlanacağını deməkdə çətinlik çəkirəm”.

2011-ci ilin iyulundan istimsara hazır vəziyyətə gətirilən Xocalı aeroportu 4 ildən artıq müddətdir ki, istismar olunmur.

Separatçılar rəsmi Bakının aeroportdan uçacaq təyyarələri vuracağına dair xəbərdarlığından sonra ermənilər uçuşlardan vaz keçməli olublar.

Vüqar İsmayılov
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar