Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında Daimi müşahidəçisi vakant vəzifəsinə Xüsusi Tapşırıqlar üzrə Səfir Akşin Mehdiyevin namizədliyi irəli sürülüb.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinən məlumat verilib
4 noyabr 2015-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in Baş katibi tərəfindən səfir Akşin Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında Daimi müşahidəçisi vəzifəsinə qəbul edilməsi təsdiq edilərək, onun vəzifə səlahiyyətlərinin icrasına 1 dekabr 2015-ci il tarixindən etibarən başlayacağı bildirilib.
Səfir Akşin Mehdiyev 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında Daimi Nümayəndəsi olub.
Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında Daimi müşahidəçisi Arif Məmmədov bir müddət öncə vəzifəsindən kənarlaşdırlmışdı. Media onu "qiyamçı səfir" adı ilə təqdim edir.Buna səbəb Arif Məmmədovun Azərbaycan hakimiyyətinə qarşı müxalifətə keçməsidir...
mia.az