ABŞ-ın seçkini tanımaması hakimiyyəti qəzəbləndirib

6-11-2015, 11:02   
ABŞ-ın seçkini tanımaması hakimiyyəti qəzəbləndirib

«Azərbaycan» qəzeti növbəti dəfə Vaşinqtonu ittiham edib

ABŞ Dövlət Departamentinin 1 noyabrda Azərbaycanda keçirilmiş parlament seçkilərinin nəticələrini faktiki olaraq tanımaması YAP hakimiyyətini qəzəbləndirib. Xatırladaq ki, Dövlət Departamentinin bəyanatında deyilirdi ki, Azərbaycanda keçirilmiş parlament seçkilərində yetərincə beynəlxalq müşahidəçi olmadığına görə nəticələrə qiymət verməkdə çətinlik çəkir.

Hakimiyyət isə bu bəyanata görə, yenidən anti-ABŞ kampaniyasına başlayıb. Dövlət qəzeti olan “Azərbaycan”ın dünənki sayında dərc edilən “Yenə sifarişli bəyanatlar, ucuz bəhanələr, cılız uydurmalar” başlıqlı yazıda ABŞ-ın ünvanına müxtəlif ittihamlar səsləndirilib. Yazıdan bəzi hissələri təqdim edirik: “…Seçkilərdən iki gün sonra isə ABŞ Dövlət Departamenti məlumat yayaraq iddia edib ki, guya qurum Azərbaycanda keçirilmiş parlament seçkilərində beynəlxalq müşahidəçilər yetərincə olmadığından seçkilərin yekunlarını dəyərləndirməyə çətinlik çəkib. Bəs, görəsən, 40 ölkənin 503 nəfər müşahidəçisinin gəldiyi rəy Dövlət Departamentinin seçkini dəyərləndirə bilməsinə nədən yardımçı olmayıb? Demək belə çıxır ki, Dövlət Departamenti AŞ PA, MDB və digər Avropa ölkələrinin beynəlxalq təşkilatlarının bəyanatlarını qəbul etmir. Yəni bu qurum avropalı müşahidəçilərə nə güvənir, nə də inanır. Yalnız inandığı ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosudur. Hansı ki, heç vaxt bu təşkilat Azərbaycan Respublikasının xeyrinə olan bir bəyanat qəbul etmədən yalnız məkrli məqsədlə qarayaxma kampaniyası aparıb…

…Açıq-aşkar görünür ki, Dövlət Departamenti yalnız öz diktəsi ilə fəaliyyət göstərən qurumdan qeyrisini ədalətli beynəlxalq təşkilat kimi qəbul etmək istəmir. Eyni zamanda ATƏT/DTIHB-nin seçkiləri müşahidə etməməsində Azərbaycanı günahkar çıxarmağa çalışır. Özünü ?demokratiyanın beşiyi? adlandıran ölkədə baş verən qanunsuzluqları isə bütün dünya seyr etməkdədir. Başqalarını korrupsiyaya bulaşmaqda ittiham edən ABŞ-da bu günlərdə baş verən qalmaqal isə böyük rezonans doğurub”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar