Bakı İnformasiya Agentliyinin (Bia.az) redaktoru, eyni zamanda müxalif Açıq Cəmiyyət Partiyasının (ACP) fəalı olan Seymur Firudin oğlu Bayramov 2011-ci ildən günümüzə qədər dəfələrlə təqib və təziqlərə məruz qalmışdır. Seymur Bayramovun redaktor işlədiyi sayt heç bir qanuni məhkəmə qərarı olmadan qapadılmış, təsisçi si Sudef Mecidov həbs edilmiş, Bayramov Seymur Firudin oğlu isə heç bir əsas olmadan qanunsuz olaraq istintaqa cəlb edilmişdir.
Eyni zamanda Bayramov Seymur Firudin oğlu ictimai asayişi pozmamağına baxmayaraq qanunsuz olaraq 12.10.2013-cü il tarixində həbs və 1500 manat məbləğində madi cərimə edilmişdir.
Seymur Bayramovu bu üsullarla müxalif fikirlərindən ayırmaq mümkün olmadığını hakimiyyət nümayəndələri onu yenidən heç bir hüquqi əsas olmadan qanunsuz olaraq 10.12.2013-cü il il tarixində yenidən həbs etmiş və barəsində yenidən həbs qərarı verərək onu 7000 manat məbləğində cərimə etmişlər.
Seymur Bayramova bundan sonra bir çox təhdid dolu anonim zənglər gəlmişdir. Zəng edən şəxslər ona bu yoldan dönmməzsə, onu yenidən həbs ediləcəyi, ailəsinə qarşı xoşa gəlməz hallar olacağı kimi təhdidlər bildirmişlər. Özünün və ailəsinin həyatı təhlükəsizliyi olmadığı üçün Seymur avropaya sığınmağa məcbur edilmişdir.
Bütün bunlar azmış kimi Seymurun ölkəni tərk etdiyini bilən bir qrup mülki geyimli şəxslər məhkəmə qərarı olmadan onun evinə basqın etmiş, ona aid olan bir neçə sənədi özləriylə aparmışlar. Atası Firudin Bayramova qarşı kobud rəftar törədiliyinə görə yaşlı kişi psixoloji zərbələrdən dolayı yataq xəstəsi halına düşmüşdür.
Bildirək ki, saytımız olaraq bu məsələni nəzərimizdə saxlayırıq, araşdırmalarımız davam edəcəkdir.