Rusiyanın Daxili İşlər naziri Vladimir Kolokolçev istefaya gedə bilər. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Gazeta.ru” saytı özünün etibarlı mənbələrinə istinadən yayıb. Mənbə hələlik nazirin istefaya gedəcəyi tarixin dəqiq bəlli olmadığını deyib: “Bu, martda olacaq. Putinin keçirəcəyi kollegiya iclasından sonra Kolokolçev istefaya gedəcək. Çox güman ki, təxmin iki həftə sonra bu baş verəcək”. Qeyd edək ki, Kolokolçev 2012-ci ildən Rusiyanın Daxili İşlər naziri vəzifəsində çalışır. Ona qədər isə o, Moskva polisinə rəhbərlik edirdi. Keçən il Vladimir Kolokolçev milliyətcə azərbaycanlı olan Orxan Zeynalovun Rusiya vətəndaşı Yuri Şerbakovun öldürülməsindən sonra tutularaq qarşısında diz çökdürməsi ilə Azərbaycanda “məhşur” olmuşdu.