Milli Təhlükəsizlik Nazirliyinin (MTN) daha 4 əməkdaşı həbs edilib.
Həbs edilən şəxslər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarıdır.
Məlumata görə, barəsində həbs qətimkan tədbiri seçilən şəxslərdən biri Akif Əliyevdir. Həbs edilən digər 3 əməkdaşın ad və soyadlarını dəqiqləşdirmək hələlik mümkün olmayıb (APA).
Xatırladaq ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov bir neçə gün əvvəl işindən və milli təhlükəsizlik orqanlarından xaric edilib. Bu gün yayılan xəbərə görə, onunla bağlı da Baş Prokurorluğa təqdimat göndərilib.
Strateq.az