Zakir Həsənovdan sərt addım; Müdafiə Nazirliyinin rəisi vəzifədən getdi - Rəsmi+Yenilənib

10-11-2015, 21:11   

Müdafiə Nazirliyində vacib postlardan birinin rəisi işdən qovulub. Nazir Zakir Həsənov MN-in Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polkovnik Ağalar Manafovu tutduğu vəzifədən azad edib.

Ağalar Manafov hərbi sistemdə məşhur simalardan biridir. Onun işdən çıxarılması işində verdiyi nöqsanlarla əlaqələndirilir.

Bundan əlavə, son vaxtlar nazirliyə edilən zənglərin qanunsuz olaraq dinlənilməsi və bununla bağlı hərbiçilərin narazılığı, çoxsaylı müraciətlətin edilməsi də polkovnikin "vurulmasına” səbəb kimi göstərilir.


Bildirilir ki, nazirlik əməkdaşlarının telefon danışıqlarının dinlənilməsini Təhlükəsizlik İdarəsi həyata keçirir və bu işlər idarə rəisi Hicran Hüseynov tərəfindən Ağalar Manafova tapşırılıbmış (AzNews.az).


****

Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsi heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur.

Mia.az xəbər verir ki, bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin təminatı ilə məşğuldur.

Nazirliyin məlumatında o da bildirilir ki, Silahlı Qüvvələrin hərbi qulluqçusu polkovnik Ağalar Manafovun qurumun Xüsusi Təhlükəsizlik İdarəsinə heç bir aidiyyəti yoxdur.

***

Azərtac-ın məlumatına görə, Silahlı Qüvvələrin hərbi qulluqçusu polkovnik Ağalar Manafov xidmətdə yol verdiyi nöqsanlara görə Müdafiə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub.

mia.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar