MTN-in SABİQ ŞÖBƏ RƏİSİ HƏBS OLUNDU - 3 aylıq həbs qətimkan

11-11-2015, 20:23   
MTN-in SABİQ ŞÖBƏ RƏİSİ HƏBS OLUNDU - 3 aylıq həbs qətimkan
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində həbs qətimkan tədbiri seçilib.APA-nın məlumatına görə, Baş Prokurorluğun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə M. Əsgərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
M. Əsgərov qərardan şikayətini isə Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.
M. Əsgərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrinə əsasən təqsirləndirilir.

AzPolitika.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar