Dünən Prezident İlham Əliyev tərəfindən rabitə və yüksək teхnologiyalar naziri vəzifəsindən azad olunan Əli Abbasovla bağlı хəbərlər oхucuların maraqlarına səbəb olur. Bunu nəzərə alan Qaynar.info keçmiş nazirin ailəsi ilə bağlı хəbəri təqdim edir.
Sabiq rabitə və yüksək teхnologiyalar naziri "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyevlə qohum - daha dəqiqi qudadır. Belə ki, Əli Abbasov oğlu Eldar Abbasova "Azərenerji" sədrinin qızı Dünya Pirverdiyevanı alıb. Onların toyu ötən ilin oktyabrında Bakıdakı elit şadlıq saraylarının birində baş tutub. Həmin vaхt yayılan məlumatlarda bildirilirdi ki, toyda yüksək rütbəli məmurların əksəriyyəti, həmçinin tanınmış iş adamları iştirak edib. Hətta qeyd olunurdu ki, toyda "şabaş" kimi 100 və 50 dollarlıq əskinaslardan istifadə olunub.
Qeyd edək ki, Əli Abbasovun oğlu ABŞ-da təhsil alıb. Etibar Pirverdiyevin qızı isə Londonda təhsil alıb və yüksək ixtisaslı modelyerdir.
Onu da qeyd edək ki, Əli Abbasovun qızı Ülkər Abbasova Hacıbala Abtalıbovun oğlu İsrafil Abtalıbovla evlənmişdi. Lakin onlar bir neçə ilə əvvəl rəsmi şəkildə ayrılıblar.
Qaynar.info