Akif Çovdarovun evində axtarış aparılır

14-11-2015, 23:02   

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun evində axtarış aparılır. Biu barədə məlumatı Musavat.com öz mənbələrindən əldə edib.

Qeyd edək ki, bir qədərt əvvəl Akif Çovdarovun həbsi xəbəri yayılmışdı. Məlumatfa deyilirdi ki,
bir müddət öncə vəzifədən azad edilən və bu günə qədər ev dustağı olan Akif Çovdarov bu gün saxlanılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Generalın həbsi onlarla MTN zabitinin istintaqa ifadələri əsasında həyata keçirilib.

Akif Çovdarov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb və dindirilib.

Qeyd edək ki, A.Çovdarov oktyabrın 17-də prezident sərəncamı ilə işdən çıxarılan sabiq MTN rəhbəri Eldar Mahmudovun “sağ əli və kassiri” sayılırdı. Məlumatlara görə, onun MTN-də əsas vəzifəsi iş adamlarını soymaq olub. Rüşvət tələb edilərək təhdid edilən həmin iş adamları da Baş Prokurorluğa və Prezident Administrasiyasına şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını çəkib.

A.Çovdarov Azərbaycanda bir çox jurnalistlərə qarşı cinayətlərdə də ittiham olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar