Ölkəmizdə MTN-lə bağlı verilən qərarlar alqışlanmalıdır və bu əməliyyat rayonlara keçməlidir
mtnÖlkədə məlum MTN yaxud Eldar Mahmudov məsələsi sözün həqiqi mənasında gündəmi zəbt edib. Son olaylar haqqında yazışmalar, dartışmalar bütün ölkə kiv-lərinin manşetində adamın diqqətini cəlb edir. Cəmiyyətdə, ictimaiyyət arasında bu olaylara insanların mütləq əksəriyyəti öz dəstəyini ifadə edir və dövlət başçısı cənab İlham Əliyevin atdığı addımı, nümayiş elətdirdiyi qətiyyəti dəstəkləyirlər. Ölkə vətəndaşları sanki əvvələ baxanda hazırda özlərini daha rahat hiss edir, fikirlərini daha sərbəst ifadə edirlər. Açığı bu qərar ona görə alqışlanmalıdır ki, nəhayət ki, dövlətin içində ən yüksək postlarda əyləşib, çiynində general paqonlarını daşıyaraq dövlətə xəyanət edənlər ifşa olundular. Sən demə, onların bu vaxtadək dövlət, dövlətçilik haqqında söylədikləri cəfəngiyyat imiş.
Bu çiyni paqonlu quldurlar, Azərbaycanı bütün dünyada rüsvay duruma saldılar. Təsəvvür edirsinizmi?Dövlətin ən ali orqanı sayılan, yəni dövlətə, milli dövlətçiliyə cavabdeh olmalı şəxslər, sən demə, onun dayaqlarını baltalamaqla məşğul imişlər. Bu məsələlər haqqında ölkə mətbuatında zamanında kifayət qədər məlumatlar dərc olunub. Bu informasıyaların doğru olduğu sonunda sübuta yetirildi. Dövlət başçısının göstərişi ilə nazir işdən kənarlaşdırıldı, xeyli generallar, yüksək rütbəli şöbə rəisləri dəmir barmaqlıqlar arxasına göndərildi. Son günlər artıq MTN-nin rayon şöbələrində təmizləmə əməliyyatlarına start verilib. Bu qərar yerində verilmiş qərar olmaqla yanaşı daha davamlı olmalıdır. Məsələn, dünən 13 noyabr tarixində milli təhlükəsizlik nazirinin vəzifəsini müvəqqəti icra edən şəxsin əmri ilə MTN-nin İsmayıllı şöbəsinin rəisi, MTN-nin Daşkəsən şöbəsinin rəisi, bundan bir neçə gün öncə isə Bakı şəhəri Nərimanov rayon şöbəsinin rəisi vəzifələrindən azad olundular. Bu qərar alqışlanmalıdır və ölkənin digər rayon və şəhər şöbələrində də həyata keçirilməlidir. Cumhuriyyət. az olaraq hesab edirik ki, rayon şöbələrinin rəisləri ilə bərabər onların müavinləri və əməlliyatçılar da vəzifələrindən uzaqlaşdırılmalıdırlar, çünki bu adamların işi dövlətə xidmət deyil korrupsiya olub. Bu paqonlu quldurlar xırtdəyinə kimi rüşvət deyilən çirkaba bulaşıblar. Bu insanları bağışlamaq olmaz.
Dövlətə xəyanət etmək ən bağışlanmaz cinayətdir. Deməli, sənə göstərilən etimaddan sui istifadə edərək dövlətin adından cinayətə girişirsən. Hansı ölkədə belə şey təsadüf oluna bilər?Sizlərin haqqınız çatmır ki, çiyinlərinizdə dövlətin atrıbutlarını əks etdiyən ay-ulduzlu rütbələri daşıyasınız. Sizlər kimlərdən rüşvət almadınız?Sizlər kimləri şantaj etmədiniz?Qadın, kişi, cavan, qoca, kasıb demədən insanların son tikəsinə belə göz dikdiniz. Bəs bilmirdiniz ki, dövlətin sahibi var?Bilmirdiniz ki, əlahəzrət bir gün etdiklərinizin hesabını soracaq?Sizlər dövlətə və dövlətin başçısı onu dünyada təmsil edən şəxsə xəyanət etmənin nə olduğunu anlamayacaq qədər harınlayıb, qudurmuşdunuz. Bəs nə oldu?Özlərini əfsanəvi ölməz Koşşey sayanlar, nə tez ifşa olundunuz?İndi xalqın içinə çıxmağa üzünüz yoxdur. Xalq sizlərə Eldar Mahmudovun çiyni paqonlu quldur dəstəsi adını verib. Sizlər rayonlara yamaqlı şalvarla gedib, az müddətdə yüz minlik avtomobilləri, dəyəri milyonlarla ölçülən villaları, başqalarının adına rəsmiləşdirilmiş obyektləri, torpaq sahələrini hansı yollarla əldə etdiniz? Bütün bunları mütləq açıqlayacayıq. Cumhuriyyət. az olaraq hesab edirik ki, cənab prezidentin bu addımına hər bir ölkə vətəndaşı öz dəstəyini ifadə etməlidir. Biz bütün kiv nümayəndələrini də bu məsələdə dövlət başçısına dəstək olmağa çağırırıq. Cumhuriyyət. az olaraq birinci və tam gücümüzlə bu prosesə qoşulduğumuzu bildiririk. Milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən şəxsə uğurlar arzulamaqla yanaşı bildirmək istəyirik ki, İsmayıllıdan dərhal sonra Lənkərana, Şamaxıya, Ağsuya, Qəbələyə, Ağdama əl gəzdirilməlidir. Yeri gəlmişkən Ağsunun keçmiş MTN rəisi hazırda Bərdə şəhərində rəis olduğu deyilən şəxs barəsində şok açıqlama ilə çıxış edəcəyik. İsmayıllı MTN-nində son 7-8 ildə baş verənləri də bunun üstünə gəlsək, onda belə nəticəyə gəlmək olar ki, ölkə MTN-nində Vaxtı ilə Gürcüstan kömrüyündə aparılmış islahatı həyata keçirmək zərurəti yaranır. Yəni bütün sistem istefaya göndərilir və yeni dövlətə sədaqətli komanda formalaşdırılır. Çünki hazırki MTN-şiklər, məktəb direktorundan, bələdiyyə sədrindən, icra nümayəndəsindən, iş adamlarından, kamarxoz işçilərindən, meşəbəylərindən, mağaza, market sahiblərindən pul yığmaqla məşğuldurlar. Belə hallar isə canımız, qanımız dövlətimizə şərəf gətirməyən işlərdir. İşdən azad olunan MTN rəisləri və sairlərinin bütün etdikləri əməllər saf çürük olunmalı, onların villaları, torpaq sahələri, digər obyektləri aşkarlanaraq lazımı instansiyalara təqdim olunmalıdır. Mövzuya davam edəcəyik. Ardı var.
Elçin İsmayıllı. Cumhuriyyət. az üçün xüsusi olaraq.