MTN-in DAHA 5 VƏZİFƏLİ ŞƏXSİ İSTİNTAQA CƏLB OLUNDU

17-11-2015, 20:23   
MTN-in DAHA 5 VƏZİFƏLİ ŞƏXSİ İSTİNTAQA CƏLB OLUNDU
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) daha 5 vəzifəli şəxsi istintaqa cəlb edilib.

Trend-in məlumatına görə, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Akif Çovdarovun həbsindən sonra həmin idarənin əməkdaşları – idarə rəisi polkovnik Səlim Məmmədov, şöbə rəisi polkovnik-leytenant Vüqar Muxtarov, idarə rəisi polkovnik Rəsul Rəsulov, idarə rəisinin müavini polkovnik Alı Nəbiyev, idarə rəisinin müavini polkovnik-leytenant Elxan Ömərov istintaqa cəlb olunublar.

Qeyd edək ki, bundan əvvəl həmin Baş İdarənin əməkdaşları – şöbə rəisinin müavini Orxan Osmanov və idarə rəisi Akif Əliyev barəsində Səbail rayon məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.



* * *

Milli Təhlükəsizlik Nazirliyinin həbs olunan keçmiş idarə rəisi, general-mayor Akif Çovdarovun ən qəddar əlaltıları polkovnik-leytenant Vüqar Muxtarov və polkovnik Səlim Məmmədov olublar.
Virtualaz.org saytının oxucularından daxil olmuş məlumata görə, bir çox iş adamları məhz onlar tərəfindən amansız işgəncəyə və qeyri-insani rəftara məruz qoyulublar. Vüqar Muxtarov və Səlim Məmmədov Akif Çovdarovun ən etibarlı adamları olub. MTN-də kök salmış kriminal qruplaşmanın “boz kardinalı” ən mühüm işlərin dalınca məhz onları göndərib. Bildirilir ki, Muxtarov və Məmmədov iş adamlarının evlərində aparılmış qanunsuz axtarışlar zamanı qəsb olunmuş qızıl-zinət əşyalarını Gürcüstanda realizə etməklə də məşğul olublar.
Virtualaz.org saytı dəqiqləşdirib ki, polkovnik Səlim Məmmədov bir neçə ay əvvəl pensiyaya çıxıb. Polkovnik-leytenant Vüqar Muxtarov isə hələ MTN-də işləyir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları general Akif Çovdarovun cəlladlarından birini MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi Səlim Məmmədovu saxlayıb.
Hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, Səlim Məmmədovun evində axtarış aparılıb, onun özü isə nəzarətə götürülüb.
Çovdarovun ikinci cəlladına – polkovnik-leytenant Vüqar Muxtarova gəlincə isə hazırda onun da saxlanması üçün tədbirlər görülür.AzPolitika,info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar