Bakının ən məşhur restoranlarından olan “Sultans” bağlanıb.
Musavat.com xəbər verir ki, Xaqani küçəsi 14 A-da yerləşən restoran artıq bir neçə həftədir ki, fəaliyyət göstərmir.
Restoranın qarşısına vurulan elanda qeyd edilib ki, “Sultans” aparılan təmir işləri ilə əlaqədar 2 ay fəaliyyət göstərməyəcək. Elanda bildirilir ki, restoran 2 aydan sonra yenidən müştərilərin xidmətində olacaq.
Lakin əldə etdiyimiz məlumata görə, artıq restoranın fəaliyyəti tamamilə dayandırılıb. 2005-ci ildə fəaliyyətə başlayan “Sultans” restoranın yeri başqa bir sahibkara icarəyə verilib.
Restoranın bağlanma səbəbinin son günlər ölkənin bir nömrəli mövzusu olan “MTN işi” ilə əlaqədar olduğu da iddia edilir. Restoran sahibinin hazırda həbs edilən MTN generallarından biri ilə yaxın əlaqəsinin olduğu bildirilir.
Məlumata görə, “MTN işi” başlayandan bir neçə gün sonra restoran öz fəaliyyətini dayandırıb.
İlkin Muradov,
Musavat.com