Cənab Prezident. Bu məktubu Sizə ünvanlamaqda məqsədimiz, dəfələrlə ünvanladığımız məktublara cavab almadığımız üçün qəzetlə müraciət etməyi qərara aldıq. Biz bir qurup fıziki şəxs kənd təsərrüfatı məhsullarını Azərbaycandan Rusiya ərazisinə ixracı ilə məşğuluq Ümummilli Lider H.Əliyevin əsasını qoyduğu kənd təsərrüfatı məhsullarının ixracına vergi tutulmasını Sizdə davam etdirmisiniz. Biz əlavə dəyər vergi ödəyicisi kimi Azərbaycan Respublikasında istehsal olunan Kənd təsərrüfatı mallan: kartof, xiyar, pomidor və s. mallarını Rusiya ərazisinə ixrac edirik. Azərbaycanın kənd təsərrüfatını məhsullarının Rusiya ərazisində tanıtdınlması və bununlada bizim kənd təsərrüfatı mallarına Rusiyada maraq oyadılması və nəticədə Azərbaycanda da əhalinin meyvə-tərəvəz yetişdirilməsində marağın çoxalması həm Azərabyacan vətəndaşlarının rifahı üçün həmdə Respublikamızın iqtisadi cəhətdən irəliləməsinə səbəb olur.
Artıq 7-10 ildir ki, bu işlə məşğul olanlarımız var. Qaydalara əsasən ölkədən çıxarkən məhsullar yüksək səviyyədə qablaşdırılmış şəkildə maşm və vaqonlarla daşınır. Gömürük sərhədlərində lazimi sənədləri təqdim edərkən kənd təsərrüfatı məhsullannın dövlət rüsumlarmı ödədikdən sonra Rusiya ərazisinə keçiririk. 2014-cü ildən fəaliyyətimizdə ciddi çətinliklə qarşılaşmışıq. Rahat ixracla məşqul olmuşuq. Lakin 2014-cü ildən bu fəaliyyətlə məşqul olan hər kəsə sanki bir repressiya başladı. Hamı istintaqa çağnlır, bizdən xəbərsiz yoxlama keçirilərək vergi aydiyyatından küllü miqdarda vergi borcunun yaranması deyilir və cinayət işi qaldırılır. Güya bizlər küllü miqdarda gəlir vergisindən yayınmışıq.
Elə fantastiq məbləğlər yazırlar ki, nə qaydalarımıza, nədə qanunlarımıza sığışmır. Misal üçün ən aşağı vergi 200000 manatla 2,5 milyon manatadək fıziki şəxsə gəlir vergisi hesablayırlar. Bütün hesablanan vergi, hamısı analoji vergi qaydasında hesablanmışdır. Yəni 1 nəfər bu boyda öklədə tanınmayan Məmmədov Ağamməd adlı bir şəxsi vergi auditi analoji vergi kimi götürülüb 30-a yaxın adama analoji olaraq vergi hesablanmışdır. Hal-hazıda artıq 3 nəfər həpisdədir. Qalanlarımız da eyni aqibəti gözləyirik.
Cənab Prezident, vergi məcəlləsinin 25 və ya 35 maddəsinə görə kənt təsərrüfatı məhsullannın ixracına görə verginin fəaliyyətini kömürük orqanları yerinə yetirir. Bizlər isə kömrükdən keçərkən ixrac etdiyimiz malların vergisini ödəyərək ixrac əməliyyatmı yerinə yetiririk, lakin bir müddət keçəndən sonra ağlagəlməz gəlir vergisi tələbi ilə qarşılaşırıq. Fiziki şəxslər 2014-cü ildə cinayət məsuliyyətinə cəlb olunmuşlar. Biz anlamırıq: Dövlətə xəyanətmi etmişik? Ölkə məhsullannı ixrac edərkən? Dövlətimizə ziyanmı vurmuşuq? Mal-məhsula sənədlər alarkən dövlətə ödədiyimiz vergilərlə. Bizim hamımızın ixrac zamanı ödədiyimiz rüsumları var. Başa düşülməyən odur ki, bizlərin ödədiyimiz vergilər nəzərə alınmayaraq, küllü miqdarda gəlir vergisi adı altmda fıziki şəxlərlə bu həpislərin təşkilində, dövlət məmurları dövlətə, vətənə xeyirmi vermək istəyirlər?
Cənab Prezident, biz Sizədə müraciət edib, bu dövlətin rəhbəri kimi, bu repressiyalann qarşısını almağı xahiş edirik. Xahiş edirik kənt təsərrüfatıməhsullarnın ixracı ilə əlaqədar məsələlərə nəzarətinizi ciddiləşdirib bizləri bu həpislərdən qoruyasınız. Çünkü artıq 3 nəfər həpsə atılıb. Hidayətov Zöhrab Rauf oğlu, Bayramov Fərux Temir oğlu, (Qarabağ əlili). Məmmədov Ramil 2015-ci il olimpiyadadan sonra sanki, həpislər, məhkəmələr ardıcıllıq olaraq davam etməyə başladı.
Azərbaycan Respublikasmın çiçəklənmə ərəfəsində Respublikada baş verən bu hadisələri bildirməyi özümüzə borc bildik. Çüki Siz dəfələrlə ictimaiyyətin belə qanunsuzluqlara göz yummamasını demisiniz. Fiziki şəxslərə hesablanmış analoji vergilər birmənalı şəkildə sanki, vergi cinayətləri deportametindən məhkəməyə keçərkən araşdırılmadan ittihamçı tərəfındən həbs edilsin iddası ilədə qurtarır.
Cənab Prezident bu haqsızlığa son qoymaq üçün Sizdən fıziki şəxsləri müdafıə etməyinizi və həpisdə olan kənt təsərrüfatı ilə məşqul olaraq küllü miqdarda ağlasığmaz ,mürlük borca düçar edilənlərə, kömək etməyinizi xahiş edirik.
Imzalar:
Bərdə, Nüşabə kilç 36.
Hidayətov Yaqub Raquf oglu.
Bərdə, Yenidaşkən kəndi.
Teymurov Samir Dağıstan oğlu.
Bərdə, Kafarlı kəndi.
Məmmədov Şahlar Məhəmməd oglu
Bərdə, Cavanşir küçəsi ev 4
Əsədov Aqil Adil oğlu
Bərdə, Qaradağlı kəndi
Hüseynli Səma Nurəddin oglu
Bərdə, Körpüqıran kəndi
Xəlilov Əlibaba Vahid oğu
Bərdə, Zümürxan kəndi
Xalilov Akif Vahid oğlu
Bərdə. Qaradağh kəndi
Hseynli Vüqar Nurəddin oğlu
Bərdə. Gərənə kəndi
Zeynalov Muxtar Qədir oğlu
Bərdə, Vaqif küçəsi ev 11
Agalarov Emin Cəmil oğlu