Daha neçə nəfər intihar etməlidir ki…

24-11-2015, 10:05   
Daha neçə nəfər intihar etməlidir  ki…

Hakimiyyət vətəndaşı borc bəlasından xilas etsin

Artıq nəyisə sübut etməyə, araşdırma aparmağa, faktlar axtarmağa ehtiyac qalmayıb. Ölkədə sosial- iqtisadi vəziyyətin gündən-günə ağırlaşdığı hər addımda aydın görünür. Təkcə statistik rəqəmlərə nəzər salmaq fəlakətin miqyasını görməyə kifayət edir. Dəfələrlə yazmışıq ki, Azərbaycanda 2 milyondan artıq vətəndaş kredit ödəyir, problemli kreditlərin həcmi getdikcə artır və.s


Iqtisadçı ekspert Qubad Ibadoğlu öz “facebook” səhifəsində yazır ki, Azərbaycanda hər 3 adamdan ən azı 1-nin banklar qarşısında borc öhdəliyi var.

“Əgər bu günə qədər banka borcunuz yoxdursa və cibinizdə hətta 1 manat pulunuz varsa deməli siz ölkə əhalisinin 38 faizindən varlısınız. Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) üzrə 2015-ci ilin 9 ayının yekunlarına görə, oktyabrın 1-ə ölkədə borcalanların sayı 2 milyion 505 min 575, zaminlərin sayı isə 1 milyon 184 min 202 nəfər olub. Bu o deməkdir ki, ölkə əhalisinin 38,5 faizi və yaÿ3,7 milyon nəfərinin 44 bank və 41 bank olmayan kredit təşkilatı qarşısında birbaşa və dolayı yolla öhdəliyi vardır. Müqayisə üçün qeyd edək ki, son 5 ayda birbaşa borcu olanların sayı 90 min nəfərdən çox, zaminlərin sayı isə 70 min nəfərə qədər artırb”.

Onu da qeyd edək ki, son 1 ildə vaxtı keçmiş mikroÿÿ kreditlərin məbləği daha sürətlə artıb. Belə ki, əgər bu rəqəm 2014-cü ilin eyni dövründə 21,75 milyon dollar təşkil edirdisə, bu ilin 9 ayının yekununda 4,5 dəfə artaraq 96,86 milyon dollar olub.

Bütün bunları niyə sadalayırıq və məqsədimiz nədir?

Bildiyiniz kimi son dövrlər ölkədə intiharların sayı artıb. Hər dəfə də məlum olur ki, mərhumun banka borcu var imiş. Kimi borca görə özün körpüdən atır, kimi boğazına ilgək keçirir, kimi özün yandırır, kimi dərman qəbul edir, kimi də damarlarını kəsir. Təkcə bu il onlarla belə hadisənin şahidi olmuşuq.

Ötən gün isə “Azadlıq” metrosunun yanında, “Muğanbank”ın qarşısında 25-30 yaşlarında bir gənc intihara cəhd edib. Bu barədə hadisə şahidləri məlumat verib.ÿOnların sözlərinə görə, gənc oğlan özünü üstünə benzin tökərək yandırıb. Ilkin məlumatlara görə, özünü yandıran gəncin banka borcu varmış, krediti qaytara bilmədiyinə görə bu yola əl atıb.

Bəli, daha bir gənc banka borcunu ödəyə bilmədiyinə görə həyatına qəsd etdi. Hər dəfə bu problemlərin həllindən yazsaq da, kredit faizlərinin əzrayıla çevrildiyini tiraclasaq da, vəziyyəti dəyişmək mümkün olmur. Çünki, bu ölkədə insan həyatının dəyəri yoxdur və hökumət qətiyyən belə ölümlərdən narahat olmur. Hər dəfə yazılır ki, ölkədəki bankların əksəriyyəti iri məmurlara məxsusdur və buna görə də ən yüksək faizlərlə vətəndaşı yükləyirlər. Məsələ burasındadır ki, bu vəziyyəti düzəltmək, vətəndaşın yükün azaltmaq asan məsələdir. Dünyanın müxtəlif ölkələrin ən aşağı faizlərlə kredit verən hökumətimiz, öz vətəndaşına “ölüm krediti” verir. Bir qrup məmurun milyonerə çevrilməsi üçün, sadə vətəndaş həyatını itirməlidir.

Statistik rəqəmlər də göstərir ki, əhali bu ağır faizlərin altından çıxmaq iqtidarında deyil. Banklar vətəndaşa qarşı kredir terroru həyata keçirir. Bunun qarşısını almaq üçün müəyyən güzəştlər tətbiq etmək, ödənişi azaltmaq olar.

Görəsən, bundan sonra neçə insan həyatına qıymalıdır ki, hökumət həyəcan təbili çalsın? Niyə, erməni kilsələrini pulsuz qazla təmin edən, əcnəbi müğənnilərə milyonlar bağışlayan, dünyanın müxtəlif yerlərində xeyriyyəçilik layihələri həyata keçirən hökumət, öz vətəndaşına qayğı göstərməkdən imtina edir?

Bir daha aydın olur ki, yürüdülən siyasətdə məqsəd vətəndaşı səfil, kölə və müqavimətsiz vəziyyətə salmaqdır. Intiharların əsas səbəbi aydın şəkildə görünsə də, hakimiyyət özünü korluğa vurub və başqa səbəblər axtarmaqdadır.

Samir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar