MTN işindəki Göyüşovlar kimdir? – Faktlar

24-11-2015, 12:32   
MTN işindəki Göyüşovlar kimdir? – Faktlar

Binəqədinin rəhbəri Xaləddin İsgəndərovun adamı olan Ramiz Göyüşov və yaxınları barədə məlumatlar yayılıb.

Binəqədi rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri olan R.Göyüşovun oğlu Rəşad Göyüşovun adı MTN işində hallanır.

İstiqlal.az yazıb ki, Rəşad Göyüşov MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun bankı kimi təqdim edilən “Muğanbank”ın mərkəz filialının sədridir.

R.Göyüşovun qardaşı oğlu Urfan Göyüşov isə 2009-cu ildən “Muğanbank” ASC-nin Müşahidə Şurasının üzvü və bankda əsas söz sahiblərindəndir.

R.Göyüşovu bu hadisələrə yaxınlaşdıran digər mühüm fakt isə başqa qardaşı oğlu - Fariz Göyüşovun MTN-nin Nizami rayon idarəsinin rəisi vəzifəsini daşımasıdır.

Digər maraqlı məqamlardan biri də R.Göyüşovun qardaşı Rövşən Göyüşovun işdən qovulan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla yaxın dostluq etməsidir.

Ə.Abbasov hələ Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsini tutarkən Rövşən Göyüşov (2000-ci ildə) ADİU-nun Dərbənd filialına direktor təyin olunub və hazırda da həmin vəzifədə çalışır.

Göründüyü kimi, bütün bunlar təsadüfi ola bilməz. Göyüşovlar ailəsinin Eldar Mahmudov və onun əhatəsinə aid olan qruplaşma ilə yaxınlığını sübut edən dəlillər hələ bununla bitmir.

R.Göyüşovun özünün qısa zaman ərzində bu qədər irəliləməsi - YAP Binəqədi rayon təşkilatına sədr gətirilməsi də təsadüfi baş verməyib.

Bu işdə E.Mahmudov “zəncirinin” digər başı - “Aztelekom” MMC-nin həbsdə olan Baş direktoru, YAP Nəzarət - Təşftiş Komissiyasının sədri Məhəmməd Məmmədovun dəstəyi də az olmayıb.

M.Məmmədov keçmiş nazirlər - Əli Abbasov və Eldar Mahmudovun tapşırığı ilə R.Göyüşovun rayon təşkilatının sədrliyinə gətirilməsinə YAP-ın Mərkəzi Qərargahında dəstək verib.

MTN keçmiş şefi Eldar Mahmudov isə vergilər naziri Fazil Məmmədov vasitəsilə Binəqədi rayon İcra Başçısı Xaləddin İsgəndərova təzyiq göstərib. Hətta vurğulanır ki, E.Mahmudov məhz R.Göyüşovun vasitəsilə Binəqədi rayonuna – xüsusən də Fazil Məmmədovun kadrı Xaləddin İsgəndərova nəzarət edirmiş.

Qeyd olunur ki, YAP Binəqədi rayon təşkilatının əvvəlki sədri Nəbi Xəlilovu 2013-cü il iyulun 1-də Bakı şəhər Vergilər Departamenti Xidmət İdarəsinin rəis müavini vəzifəsinə “sürgün edən” X.İsgəndərov R.Göyüşov üçün bütün yollarda “yaşıl işıq” yandırıb.

1997-ci ildə AXCP-dən YAP-a transfer edən R.Göyüşovla bağlı mətbuatda da maraqlı məlumatlar gedib. Adı həm Elşad Abdullayev, həm də nurçularla hallanan R.Göyüşovun 1992-ci ildə YAP-a dəvət olunduğu bildirilir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar