Ağstafada ər və arvadın yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Köçəsgər kəndi ərazisində, Tatlı - Ağstafa dəmir yol xəttinin 97-ci kilometrliyində, qorunan dəmir yol keçidində qeydə alınıb. Köçəsgər kənd sakini, 1970-ci il təvəllüdlü Bahəddin Sultanov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə keçiddən keçmək istəyərkən elektrovoz maşını vurub.
Hadisə zamanı sürücü və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Narınc Sultanova müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına çatdırılıb.
****
Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Dağ Kəsəmən ərazisində qeydə alınıb.
Qəzada bir nəfərin öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Ağstafa Rayon Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
musavat.com